Azərbaycan Tərcümə Mərkəzinin Seçim Turları davam edir
Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə mütəxəssislərin müəyyən edilməsi (dövlət qurumlarının sifarişləri əsasında əməkdaşlıq) məqsədi ilə təşkil etdiyi Seçim Turları davam edir.
Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. 2 ədəd (3x4) fotoşəkil;
3. CV
Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.