Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Əsasnaməsi və strukturu təsdiq edilmişdir
Bakı, 16 may (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında Fərman imzalamışdır.
AzərTAc xəbər verir ki, Fərmana əsasən, Mərkəzin aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilmişdir.
Prezident İlham Əliyevin 16 may tarixli Sərəncamı ilə Afaq Vəliyeva Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.