Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda

16-20 fevral tarixində İstanbulda düzənlənən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirilməsini həyata keçirib. Festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında Azərbaycanı yazıçı Afaq Məsud təmsil edib.

Tədbirin İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.

Fevralın 17-də  İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilmiş "Öykü okulu" tədbirində yazıçının türk dilində "Sərçələr" hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib. Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində "Öykü okumaları", "Əsl hekayə bundan sonra başlanır", "Müasir dövrdə hekayənin rolu" adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilib.

 

 

 

DİGƏR MƏQALƏLƏR