Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayınına başlayıb.
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayınına başlayıb.
İspaniyanın populyar “Alquibla” və Almaniyanın “Spruechetante” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ispan və alman dillərinə tərcümə edilmiş “Həyat sevgisi”, “Yeni gənc” şeirlərinin yayınına başlayıb.
Bu ilin 1–15 iyul tarixlərində Kolumbiyanın Medellin şəhərində keçirilən “Dünya Poeziya Hərəkatının Beynəlxalq Konqresi”ndə, eləcə də 60 ölkədən 104 şairin qatıldığı ən məşhur dünya poeziya festivalı “Medellin Festivalı”nda Azərbaycanı tanınmış şair Nigar Həsənzadə təmsil edib.
Gürcüstanın populyar Gaxa.ge portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun gürcü dilinə tərcümə olunmuş “Azərbaycan torpağıyam” və “Mənə ümid kimi bax” şeirlərinin yayınına başlayıb.
Türkiyənin “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Sevinc Çılğının türk dilinə uyğunlaşdırılmış “Adagio” və “Səndən ibarət” şeirlərinin yayınına başlayıb. Şeirlər türk dilinə – Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.