Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.
Böyük Britaniyanın “t-vine.com”, İspaniyanın “alquiblaweb.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com”, “afkarhura.com”, “ashurnews.com”, Mərakeşin “Xəbər Yəum”, “Əxbar əl-Aləm”, Misirin “rayetmisr.com”, “embassies.news”, Türkiyənin “detayhaberler.com”, Salvadorun “reflexionesinternacionales.blogspot.com” xəbər portalları və sosial şəbəkələri müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin dövlət neft siyasətindən bəhs edən “Azərbaycan nefti dünya siyasətində” adlı məqalənin yayınına başlayıb.
Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi ilə əməkdaşlığı çərçivəsində Tbilisidə işıq üzü görmüş Xalq yazıçısı İsa Hüseynovun “Ömür karvanı” və tanınmış gürcü şairi David Şemokmedelinin Bakıda nəşr olunmuş “Astananın iki üzü” kitablarının təqdimat mərasimi keçirilib.
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabını nəşr edib.