Dövlət Tərcümə Mərkəzi xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq daha bir sözlük – “Alman-Azərbaycan dili danışıq kitabçası” söz toplusunu ərsəyə gətirib.
ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə 13-15 iyun tarixlərində şəhərin mərkəzi Sabir bağında müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib...
Dövlət Tərcümə Mərkəzi 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə dünyanın məşhur siyasi xadimlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səsləndirdiyi fikirləri əks etdirən “Dünya liderləri Heydər Əliyev haqqında” adlı sənədli videoçarxın yayınına başlayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Şimali Kipr Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.
Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.