achiqkitab.az xezerjurnali.az aydinyol.az

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin təşkili

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (bundan sonra Mərkəz) fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Əsasnaməsi"ni, digər qanunvericilik aktlarını rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin tərcümə sahəsində fəaliyyət göstərən mərkəzi və yerli müəssisələri (mərkəzlər, komitələr, agentliklər), assosiasiyaları, qeyri-hökumət təşkilatları, universitetləri, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurur, fəaliyyətini daim Azərbaycan Respublikasının xarici siyasəti ilə uyğunlaşdırır və uzlaşdırır.
Mərkəz bu məqsədlə;

  • beynəlxalq əlaqələr üzrə konsepsiya hazırlayır və həyata keçirir;
  • struktur bölmələrinin beynəlxalq ədəbi yeniliklər və analitik məlumatlarla təmin olunmasını təşkil edir;
  • xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla münasibətlər qurur;
  • xarici tərəfdaşların təkliflərini araşdırır, danışıqlar aparır;
  • KİV və QHT-lərlə əlaqələri koordinasiya edir;
  • digər xarici ölkələrdə tərcümə işinin təşkilini öyrənir, təhlil edir, qabaqcıl təcrübənin tətbiqini təmin edir;
  • tərcümə işi üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq edir;
  • dövlət və özəl qurumlarla ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayır (saziş, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.);
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, konsulluqları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatların mədəniyyət sahəsi üzrə qurumları ilə münasibətlər qurur;
  • tərcümə fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları ilə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;
  • ədəbi-mədəni layihələrin icrasını, ədəbi nəşrlərin qarşılıqlı mübadiləsini təşkil edir;
  • beynəlxalq proqram və layihələrdə iştirakını təmin edir;
  • tərcümə, ədəbiyyat, mədəniyyət sahəsində tanınmış yerli və xarici insanlarla görüşləri təşkil edir;
  • struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və onların Azərbaycandakı fəaliyyətinin təşkilinə dair kompleks tədbirlər həyata keçirir;
  • beynəlxalq festival, sərgilərdə ölkəmizi təmsil və təbliğ edir;
  • beynəlxalq tərcümə assosiasiyaları, cəmiyyət və birliklər ilə əlaqələr qurur;
  • xaricdə və ölkəmizdə tərcümə işi ilə əlaqədar beynəlxalq tədbirlər (müşavirələr, sərgilər, forumlar, konfranslar və s.) təşkil edir;
  • mədəniyyət, dil, tərcümə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə layihələr hazırlayıb həyata keçirir.

  • Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olundu Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olundu
    ... Ətraflı
  • Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində
    ... Ətraflı
  • NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Ukraynanın səfiri Tərcümə Mərkəzində Ukraynanın səfiri Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Türkiyə səfiri Tərcümə Mərkəzində Türkiyə səfiri Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı oldu Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı oldu
    ... Ətraflı
  • Misir Milli Tərcümə Mərkəzinin direktoru Azərbaycan Tərcümə Mərkəzində Misir Milli Tərcümə Mərkəzinin direktoru Azərbaycan Tərcümə Mərkəzində
    ... Ətraflı
  • TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində
    ... Ətraflı