achiqkitab.az xezerjurnali.az aydinyol.az

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin təşkili

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (bundan sonra Mərkəz) fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Əsasnaməsi"ni, digər qanunvericilik aktlarını rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin tərcümə sahəsində fəaliyyət göstərən mərkəzi və yerli müəssisələri (mərkəzlər, komitələr, agentliklər), assosiasiyaları, qeyri-hökumət təşkilatları, universitetləri, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurur, fəaliyyətini daim Azərbaycan Respublikasının xarici siyasəti ilə uyğunlaşdırır və uzlaşdırır.
Mərkəz bu məqsədlə;

  • beynəlxalq əlaqələr üzrə konsepsiya hazırlayır və həyata keçirir;
  • struktur bölmələrinin beynəlxalq ədəbi yeniliklər və analitik məlumatlarla təmin olunmasını təşkil edir;
  • xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla münasibətlər qurur;
  • xarici tərəfdaşların təkliflərini araşdırır, danışıqlar aparır;
  • KİV və QHT-lərlə əlaqələri koordinasiya edir;
  • digər xarici ölkələrdə tərcümə işinin təşkilini öyrənir, təhlil edir, qabaqcıl təcrübənin tətbiqini təmin edir;
  • tərcümə işi üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq edir;
  • dövlət və özəl qurumlarla ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayır (saziş, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.);
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, konsulluqları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatların mədəniyyət sahəsi üzrə qurumları ilə münasibətlər qurur;
  • tərcümə fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları ilə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;
  • ədəbi-mədəni layihələrin icrasını, ədəbi nəşrlərin qarşılıqlı mübadiləsini təşkil edir;
  • beynəlxalq proqram və layihələrdə iştirakını təmin edir;
  • tərcümə, ədəbiyyat, mədəniyyət sahəsində tanınmış yerli və xarici insanlarla görüşləri təşkil edir;
  • struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və onların Azərbaycandakı fəaliyyətinin təşkilinə dair kompleks tədbirlər həyata keçirir;
  • beynəlxalq festival, sərgilərdə ölkəmizi təmsil və təbliğ edir;
  • beynəlxalq tərcümə assosiasiyaları, cəmiyyət və birliklər ilə əlaqələr qurur;
  • xaricdə və ölkəmizdə tərcümə işi ilə əlaqədar beynəlxalq tədbirlər (müşavirələr, sərgilər, forumlar, konfranslar və s.) təşkil edir;
  • mədəniyyət, dil, tərcümə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə layihələr hazırlayıb həyata keçirir.

  • Tərcümə Mərkəzinin nümayəndə heyəti Bolqarıstan Yazıçılar Birliyində Tərcümə Mərkəzinin nümayəndə heyəti Bolqarıstan Yazıçılar Birliyində
    ... Ətraflı
  • Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada
    ... Ətraflı
  • Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Kolumbiya səfirliyində Markes gecəsi Kolumbiya səfirliyində Markes gecəsi
    ... Ətraflı
  • İspaniya Krallığının müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində İspaniya Krallığının müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Tərcümə Mərkəzi və Argentina səfirliyi növbəti nəşr layihəsinin təməlini qoydu Tərcümə Mərkəzi və Argentina səfirliyi növbəti nəşr layihəsinin təməlini qoydu
    ... Ətraflı
  • Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo: “Azərbaycan ədəbiyyatı bütün ispandilli ölkələrdə tanıdılmalıdır” Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo: “Azərbaycan ədəbiyyatı bütün ispandilli ölkələrdə tanıdılmalıdır”
    ... Ətraflı
  • “Azərbaycan – dünyanın ən sabit, ən əminaman ölkəsidir” – Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Elias Məhəmməd əl-Haq “Azərbaycan – dünyanın ən sabit, ən əminaman ölkəsidir” – Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Elias Məhəmməd əl-Haq
    ... Ətraflı
  • Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində
    ... Ətraflı