achiqkitab.az xezerjurnali.az aydinyol.az

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin təşkili

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (bundan sonra Mərkəz) fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Əsasnaməsi"ni, digər qanunvericilik aktlarını rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin tərcümə sahəsində fəaliyyət göstərən mərkəzi və yerli müəssisələri (mərkəzlər, komitələr, agentliklər), assosiasiyaları, qeyri-hökumət təşkilatları, universitetləri, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurur, fəaliyyətini daim Azərbaycan Respublikasının xarici siyasəti ilə uyğunlaşdırır və uzlaşdırır.
Mərkəz bu məqsədlə;

  • beynəlxalq əlaqələr üzrə konsepsiya hazırlayır və həyata keçirir;
  • struktur bölmələrinin beynəlxalq ədəbi yeniliklər və analitik məlumatlarla təmin olunmasını təşkil edir;
  • xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla münasibətlər qurur;
  • xarici tərəfdaşların təkliflərini araşdırır, danışıqlar aparır;
  • KİV və QHT-lərlə əlaqələri koordinasiya edir;
  • digər xarici ölkələrdə tərcümə işinin təşkilini öyrənir, təhlil edir, qabaqcıl təcrübənin tətbiqini təmin edir;
  • tərcümə işi üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq edir;
  • dövlət və özəl qurumlarla ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayır (saziş, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.);
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, konsulluqları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatların mədəniyyət sahəsi üzrə qurumları ilə münasibətlər qurur;
  • tərcümə fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları ilə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;
  • ədəbi-mədəni layihələrin icrasını, ədəbi nəşrlərin qarşılıqlı mübadiləsini təşkil edir;
  • beynəlxalq proqram və layihələrdə iştirakını təmin edir;
  • tərcümə, ədəbiyyat, mədəniyyət sahəsində tanınmış yerli və xarici insanlarla görüşləri təşkil edir;
  • struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və onların Azərbaycandakı fəaliyyətinin təşkilinə dair kompleks tədbirlər həyata keçirir;
  • beynəlxalq festival, sərgilərdə ölkəmizi təmsil və təbliğ edir;
  • beynəlxalq tərcümə assosiasiyaları, cəmiyyət və birliklər ilə əlaqələr qurur;
  • xaricdə və ölkəmizdə tərcümə işi ilə əlaqədar beynəlxalq tədbirlər (müşavirələr, sərgilər, forumlar, konfranslar və s.) təşkil edir;
  • mədəniyyət, dil, tərcümə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə layihələr hazırlayıb həyata keçirir.

  • Tərcümə Mərkəzinin “Bildirçin və payız” kitabı Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görüldü Tərcümə Mərkəzinin “Bildirçin və payız” kitabı Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görüldü
    ... Ətraflı
  • Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub
    ... Ətraflı
  • Fransa Respublikasının səfiri xanım Aureliya Buşez Tərcümə Mərkəzində olub Fransa Respublikasının səfiri xanım Aureliya Buşez Tərcümə Mərkəzində olub
    ... Ətraflı
  • British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt Afaq Məsudla görüşüb British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt Afaq Məsudla görüşüb
    ... Ətraflı
  • Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda
    ... Ətraflı
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir
    ... Ətraflı
  • «Tərcümə Mərkəzini Azərbaycanın dünyaya açılan Xitabət kürsüsü adlandırmaq olar» - İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh «Tərcümə Mərkəzini Azərbaycanın dünyaya açılan Xitabət kürsüsü adlandırmaq olar» - İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh
    ... Ətraflı
  • Fələstin dövlətinin səfiri Tərcümə Mərkəzində Fələstin dövlətinin səfiri Tərcümə Mərkəzində
    ... Ətraflı
  • İkicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası  Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu İkicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu
    ... Ətraflı