Page 200 - 2017-4
P. 200
rcüməçinin mətbəxi. qreqori rabassa qreqOrİ raBaSSa

Qabriel­ Qarsia­ Markes­ “Yüz­ ilin­ tənhalığı”
romanını­ Qreqori­ Rabassanın­ tərcüməsində­ oxu­-
duqdan­ sonra­ orijinaldan­ daha­ yaxşı­ olduğunu
söyləmişdi.­ Markes­ yazıçı­ dostu­ Xulio­ Kortasarın
məsləhəti­ ilə­ bu­ romanı­ ingiliscəyə­ məhz­ onun
çevirməsi­üçün­düz­üç­il­gözləmiş­və­başqa­heç­bir
200 tərcüməçiyə­razılıq­verməmişdi.­Q.Rabassanın­Latın
Amerikası­ ədəbiyyatından­ ingilis­ dilinə­ etdiyi
2017 tərcümələr­ Q.Q.Markes,­ M.V.Lyosa,­ X.Kortasar,
M.A.Asturias­ kimi­ yazıçıların­ dünya­ şöhrəti
qazanmasında­xüsusi­rol­oynayıb.

ABŞ-ın­ Nyu­York­ şəhərində­ yaşamış,­ adi­ uni-
versitet­ müəllimi­ olmuş­ və­ doxsan­ dörd­ il­ ömür
sürmüş­ tərcüməçi­ Q.Rabassa­ (1922–2016)­ bir­ sıra
nüfuzlu­mükafatlara­layiq­görülüb.­

qabriel qarsia Markes: Yaxşı tərcümə bir əsəri
digər dildə yenidən yazmaq deməkdir. Qreqori Ra-
bassaya heyranlığım bu səbəbdəndir. Kitablarım iyir-
mi bir dilə çevrilib, amma Qreqori Rabassa yeganə
tərcüməçidir ki, səhifənin aşağısında qeydlər qoymaq
üçün məndən nəyinsə izahını istəməyib. Mənə elə
gəlir ki, əsərlərim ingilis dilində yenidən yazılıb.

Maria Varqas lyosa: Qreqori Rabassa elə bir us-
talıq nümayiş etdirib ki, onun tərcümələri “ikinci əl”
mətnləri kimi yox, eynilə müəllifin öz orijinal mətnləri
kimi oxunur. Biz – ispandilli yazıçılar, xüsusən də mə-
nimlə eyni nəslə mənsub olan yazıçılar – ingilisdilli
dünyaya ayaq açdığımıza görə ona son dərəcə min-
nətdar olmalıyıq.
   195   196   197   198   199   200   201   202   203   204   205