Page 199 - 2017-4
P. 199
Mervin. Gedim polisləri yola salım. 199
Karmaykl. Uğurlar, Mervin. 2017
Mervin. Lazım olsam, sən… aşağıda,
öz yerimdə olacağam. Martin Makdonax. Spokanlı təkqol
Mervin otaqdan çıxır. Pauza. Karmaykl
çamadanın üstündə oturub tatulu əli
nəzərdən keçirir. Əli götürüb biləyinə tutur.
Kənardan pis görünməsə də, Karmayklın
xoşuna gəlmir. Karmaykl uğursuzluğa düçar
olmuş adamlarsayağı başını yelləyərək əli
yerə qoyur. Pauza. Otaqdakı səliqəsizliyə,
döşəmədə göllənmiş benzinə baxır. Benzin
bulaşmış barmaqlarını qoxulayır, sonra pal-
tosunun qoluyla silir. Cibini eşələyərək bir
anlığa fikrə gedir. Gümüş portsiqarını çıxarır,
bir siqaret götürüb çamadanı kənara itələyir
və çarpayıya oturur. Alışqanı götürüb bir
daha ətrafı nəzərdən keçirir, benzin
gölməçəsinə zillənir. Alışqanı yandırmağa
çalışır. Alışqan yanmır. Heç qığılcım da
çıxmır. Alışqanı silkələyib, yenidən
yandırmağa cəhd edir. Yenə alınmır. Görünür,
alışqanın yanacağı qurtarıb. Qolaylanıb
alışqanı qapıya çırpır. Ağzından siqareti
götürür, çənəsini ovuşdurur.
Karmaykl. Zəhrimar!
Hərəkətsiz oturub. İşıqlar öləziməyə
başlayır. Qaranlıq çökür.