Page 66 - "Xəzər"
P. 66
Bu, işin bir tərəfi. İndi başqa tərəfi: Səni Boris mənə ərməğan elədi. Bu
hədiyyəni aldığım vaxtdan onun tək sahibi olmaq istəyirəm. Bu, son dərəcə haqsız
və əzabverici bir davranışdı ona qarşı. Sənin məktublarını buna görə yolladım ona.

…Rayner, dünən bulud gəlirdi, evdən çıxdım ki, sərgidəki ağları yığım. Əsən
yeli – yeli yox, Quzeyləri ağuşuma aldım. (Sabah bu, Güney olacaq!) Mən onu içəri
aparmadım, qaldı evin astanasında. O, içəri girmədi, amma gözümə yuxu gedən kimi
məni qoynuna alıb özüylə dənizə apardı.

“Bircə işarə də yetər bizlərə”.

Bir də sevənlər barədə…

“Ay işığı altında səssiz, upuzun bir yol…”
Bütün bunların hamısı ancaq bu deməkdi: “Mən səni sevirəm”.
Əzizim! Sənə bir söz ərməğanım var, ola bilər, Mariya, bəlkə də sən onu bilmirsən.
“Ağrı haqq sözdü, ağrı məhrəm sözdü, ağrı rəhmli sözdü”.(Müqəddəs Kuniqunda.

XIII əsr)
Bu məktubu oxuyarkən sığallayacağın birinci it mən olacam. Onun
baxışlarına diqqət yetir”.

Pasternakla Svetayeva arasında ilk münasibətlər 1920-ci illərin əvvəlindən
başlayır. 1922-ci ildə Svetayevanın şeirlərindən vəcdə gələn Pasternak ona məktub
yazır. Bu vaxt Marina xaricdə – Praqada yaşayırdı. O vaxtdan bir-birlərinə
yaxınlaşır, həm poeziya barədə baxışlarını, həm də sevgilərini bölüşməyə
başlayırlar. Pasternak və Svetayeva arasındakı dostluq və həqiqi sevgi onların bir-
birinə yazdığı şeirlərdən tutmuş məktublarına qədər hər yerdə özünü büruzə verir və
Svetayevanın qızı Ariadna Efronun yazdığına görə, 1922-ci ildən 1935-ci ilə qədər

66
   61   62   63   64   65   66   67   68   69   70   71