Page 63 - "Xəzər"
P. 63
Əziz şair!
İndicə Boris Pasternakın sevincdən aşıb-daşan, məni valeh eləyən məktubunu
aldım.
Onun yazdıqlarının içimdə doğurduğu həyəcan və buna qarşılıq təşəkkürlər
(onun sətirlərindən anladığıma görə) mən tərəfdən əvvəlcə Sizə, sonra isə Sizin
vasitənizlə ona çatmalıdır! Bu məktubun ardınca Sizə göndəriləcək iki kitab (çapdan
çıxan sonuncu kitablarım) şəxsən Sizinçün nəzərdə tutulub. Sizə məxsusdur. Ondan
sonra isə əgər qalıbsa, iki kitab da Boris Pasternaka göndəriləcək – güman edirəm
ki, senzura onları buraxacaq.
Onun yazdığı sözlər öz gücü və dərin mənasıyla məni elə sarsıdıb ki, bu gün
bundan başqa heç nə deyə bilmirəm: zərfin içindəki ikinci məktubu bir təbriknamə
kimi Moskvaya – dostunuza göndərərsiz.
Ayrı nə deyim? Bilirsiz, düz 26 ildir ki (Moskvada olduğum vaxtdan), Borisin
atası Leonid Osipoviç Pasternakı sadiq dostlarımdan biri hesab edirəm. Uzun-uzadı
bir fasilədən sonra bu qış (qışın lap əvvəli) Berlindən – ondan məktub aldım və
cavab yazdım. Yenidən tapışdığımıza çox sevindim. Hələ Leonid Osipoviç
yazmamışdan bilirdim ki, onun oğlu güclü bir şair kimi özünü təsdiq edib. Mən
Parisdə olarkən dostlarım onun şeirlərindən bir neçəsini mənə verdilər, onları
böyük bir həyəcan hissiylə oxudum. (Mən hələ də rusca elə bir çətinlik çəkmədən
oxuya bilirəm.) Ötən il səkkiz aya yaxın Parisdə qaldım, bu müddət ərzində düz 25
il görmədiyim rus dostlarımla yenidən görüşdük. Bəs niyə – özümdən soruşuram –
Mariya İvanovna Svetayeva, Sizinlə görüşmək mənə nəsib olmadı? İndi, Boris
Pasternakın məktubundan sonra, inanıram ki, bizim görüşümüz hər birimizə dərin
və mübhəm bir sevinc gətirərdi. Görəsən, nə vaxtsa bu, bizə qismət olacaqmı?
Rayner Mariya Rilke
63