Page 62 - "Xəzər"
P. 62
Marina Svetayeva
Rilke – Pasternaka
Val-Mon, 18 may 1926
Əzizim Boris Pasternak!
Sizin istəyiniz dərhal yerinə yetirildi, məktubunuzdakı səmimiyyət məni quş
qanadlarının yellədiyi hava kimi vurdu: “Ağılar” və “Orfeyə sonetlər” artıq şairin
əlindədir! Həmin kitabları Siz də alacaqsınız. Möcüzəli bir şəkildə öz gözünüzdə
məni bu qədər böyütmüsünüz, bunu mənə hiss etdirdiyinizə və yaşatdığınıza görə
bilmirəm təşəkkürümü necə bildirəm. Öz könlünüzdə mənə o qədər yer ayırmısınız
ki, bu, Sizin səxavətli qəlbinizin ucalığıdır. Bütün xeyir-dualar və Tanrının
mərhəməti üstünüzdə olsun!
Bağrıma basıram.
Sizin Rilke
Pasternak bu məktubu ömrü boyu saxlayıb, uzaq səfərə çıxanda belə onu
özüylə götürüb. Şairin oğlu Yevgeni yazır ki, “1960-cı ildə atam öləndə bu məktubu
üzərində “Ən qiymətli” sözləri yazılmış zərfdən çıxardıq”. Zərf isə Pasternakın dəri
portmanatının içində, pencəyinin cibindəymiş.
Boris Pasternakın məktubundan sonra Rilke Sevatayevaya iki kitabını
göndərir və ona ilk məktubunu yazır.
Rilke – Svetayevaya
62