Page 65 - "Xəzər"
P. 65
Çünki mənim ruhum yaxşı tərbiyə olunub.
Sənin məktubunu okeanın sahilində oxudum, okean da mənimlə bərabər
oxudu, biz birlikdə oxuduq. Darılmırsan ki, o da oxudu? Başqası olmamalıdı, çünki
mən çox qısqancam (səni qısqanıram)

Marina Svetayeva

XX əsrin üç nəhəng şairi – Rilke, Pasternak və Svetayevanın 1926-cı il
ərzində davamlı məktublaşmaları həm onların poeziyaya münasibətində, həm də öz
aralarındakı qarşılıqlı münasibətlərdə olduqca maraqlı məqamları üzə çıxarır.
Svetayevanın Rilkeyə olan böyük sevgisi Rayner Mariyanın həyatının son
günlərində bu üçlük arasında, daha doğrusu, Pasternakla bağlı bir sərinlik də yaradır.

Svetayevanın Rilkeyə məktubundan sətirlər:

“Dinlə, Rayner, sən bunu lap əvvəldən bilməliydin.
Mən pisəm. Boris yaxşıdı. Məhz pis olduğuma görə susurdum… Birdən belə
bir şikayət (Pasternakın məktubu nəzərdə tutulur – tərc.): “Nədən məni
uzaqlaşdırmaq istəyirsən? Mən ki onu (Rilkeni – tərc.) səndən az sevmirəm”.
Hansı hissləri keçirdim? Peşmançılıq? Yox. Heç vaxt. Qətiyyən. Heç nə
vecimə gəlmədi, ancaq bu yandan da fəaliyyətə başladım. Sənin ilk iki məktubunun
üzünü köçürüb göndərdim ona. Neynim axı, Rayner, mən pisəm, lap Allahın özü də
olsa, heç kəslə şərik olmaq istəmirəm…
“Sevin, deyir, ruhum dodaqlarıma, sevin, tezliklə hər şey bitəcək!” Bir ağacı,
ya bir adamı qucmaq eyni şeydi mənimçün. Mövcudiyyət.

65
   60   61   62   63   64   65   66   67   68   69   70