Page 67 - "Xəzər"
P. 67
am edir. 20-ci illərin ortasında bu münasibətlər ən yüksək həddə çatır, sonra isə
yavaş-yavaş kəsilmək dərəcəsinə gəlir.

20 avqust 1955-ci il tarixli məktubunda M.Svetayevanın qızı Ariadna Efron
Pasternaka yazırdı: “Anamın qeyd dəftərçələrində və qaralama dəftərlərində sənin
haqqında çox şey var. Köçürdüb göndərərəm, yəqin ki, onların çoxundan xəbərin
yoxdu. O. səni çox sevirdi, bütün ömrü boyu!..”

Marina Svetayevanın Rilkeyə məhəbbəti Pasternaka sevgiləri axarında ortaya
çıxmışdı. Dilə-dişə düşən bu eşq Boris Pasternakla öz həyat yoldaşı arasında da söz-
söhbətə səbəb olmuşdu.

29 fevral 1925-ci il tarixli məktubunda Svetayeva O.E.Çernovoya yazırdı:
“Boris Pasternakla yaşaya bilmərəm. Bilirəm. Bu səbəbdən də, hər ikimiz (Seryoja*
(Svetayevanın həyat yoldaşı –tərc.) və mən) səbəbindən də: Seryojanı qoyub
getməyin faciəvi mümkünsüzlüyü, ikincisi, ondan az faciəvi olmayan sevgidən həyat
düzəltmək, əbədiyyətdən günlər şəklində qamqalaq qopartmaq… Boris Pasternakla
yaşamağım mümkün deyil, ancaq ondan bir oğlum olmasını istərdim, istərdim ki, o,
məndən doğulan həmin varlıqda yaşasın. Əgər belə olmasa, mənim həyatım,
həyatımın mənası puç oldu deməkdi”.

Svetayevanın Pasternaka 10 iyul 1926-cı il tarixli məktubundan:

“…Nədi dünyanın leytmotivi?.. Güman ki, kişi leytmotivi!
Bir bədən olmağın mümkünsüzlüyü – bundan yanadı mənim gileyim. Qərq
olmağın qeyri-mümkünlüyündən yana (“Əgər nə vaxtsa mən lap dibə ensəm…”)
…Boris, Boris, bir yerdə biz nə qədər xoşbəxt idik – Moskvada da, Veymarda
da, Praqada da, bu dünyanın indi içimizə çökən hər guşəsində də. Sənin daimi “çıxıb
getmə”lərin (mən belə görürəm bunu), bir də gizlincə sənin gözlərinlə uzanan

67
   62   63   64   65   66   67   68   69   70   71   72