Page 70 - "Xəzər"
P. 70
Rilkenin ölümündən sonra Svetayeva ilə Pasternakın epistolyar romanı get-
gedə arxada qalır.

31 dekabr 1929-cu ildə Svetayeva Pasternaka yazırdı: “Bizim hər
məktubumuz sonuncudur. Biri – görüşə qədər sonuncu, o biri – həmişəlik sonuncu.
Bəlkə ona görə az yazırıq ki, hər dəfə hər şey yenidən başlanır. Can həyatla
qidalanır – burdasa canın qidası candı, özü-özünü yeməkdi, çarəsizlikdi… Vaxtım
çatıncaya qədər Reyn xəzinəsi kimi, Sən mənim içimə gömülüsən…”

25 yanvar 1930-cu il tarixli məktubunda Svetayeva sanki Pasternaka son
sözünü deyirdi: “Bir-birimiz üçün həyat məsələsi olmaq nəsibimiz deyilmiş, Qiyamət
günü mənim əvəzimə cavab verməyəcəksən ki…”

Ruscadan çevirdi: Əhməd Oğuz

BUKER MÜKAFATI LAUREATLARI

PİTER KERİ

İngilis dilindən çevirdi: Ülkər Nəsibbəyli

Avstraliya yazıçısı Piter Keri 1943-cü ildə Melburn yaxınlığında Bahus-Marş adlı kiçik bir şəhərdə
dünyaya gəlib. Öz dediyinə görə, yazıçılıq karyerasına universitetə qəbul imtahanından kəsilməyi təkan
verir. Bundan sonra reklam sektorunda çalışmağa başlayır və həmin dövrdə Coys, Folkner, Bekket və
Kafkanın yaradıcılığı ilə tanış olur. Bu müəlliflər gələcək yazıçıya güclü təsir göstərirlər. 1974-cü ildə
“Tarixdə kök adamlar” adlı ilk hekayələr toplusu nəşr edilir. 1980-ci ildə ilk romanı “Xoşbəxtlik” işıq üzü
görür.

70
   65   66   67   68   69   70   71   72   73   74   75