Page 61 - "Xəzər"
P. 61
Uşaqlığımda çox sevdiyim şeirlər – Puşkinin “Dənizə doğru” və
Lermontovun “Qaynar açar”. Puşkinin “Qaraçı”sını 7 yaşımdan indiyəcən
dəlicəsinə sevirəm. “Yevgeni Onegin” dən heç vaxt xoşum gəlmədi.

Dünyanın sevimli kitabları: “Nibelunqlar”, “İliada”, “İqor polku haqqında
dastan”.

Sevimli ölkələr: qədim Yunanıstan və Almaniya.

Təhsilim: 6 yaşda – musiqi məktəbi, 9 yaşda – IV qadın gimnaziyası, 10 yaşda
– heç nə, 11 yaşda – Lozanda katolik pansionu, 12-də – Şvarsvaldda katolik
pansionu, 13-də – Yalta gimnaziyası, 14-də – Moskvada Alfyorova pansionu, 16-da
– Bryuxanenko gimnaziyası, VIII sinifdən çıxdım.

16 yaşımda Sarbonnada qədim fransız ədəbiyyatı kursunun dinləyicisi
olmuşam…

6 yaşımdan şeir yazıram. 16 yaşımdan çap olunuram. Fransız və alman
dillərində də yazıram.

İlk kitabım – “Axşam albomu” gimnaziyada oxuyarkən özüm nəşr etdirmişəm.
İlk rəy – Maks Voloşinin böyük təbrik məqaləsi. Ədəbi təsir tanımıram, tanıdığım
insani təsirdi.

Sevdiyim yazıçılar: Rilke, R.Rollan, Pasternak…

Heç bir siyasi və poetik cərəyana mənsubiyyətim yoxdu və olmayıb. Moskvada
sırf məişət məsələsi səbəbindən Yazıçılar İttifaqının üzvü olmuşam.

Dünyada sevdiyim şeylər: musiqi, təbiət, şeir, tənhalıq.

İctimai işlərə, teatra, plastik sənətə, seyrçiliyə tamamilə laqeydəm. Sahiblik
duyğularım uşaqlar və dəftərlərdən o yana keçmir.

Bir lövhə olsaydı, “mərhəmət eləmə” yazardım.

Həyat – vağzal, tezliklə gedəcəm, hara? – demirəm.

61
   56   57   58   59   60   61   62   63   64   65   66