Page 64 - "Xəzər"
P. 64
Bu məktubdan sonra Marina Svetayeva ilə Rilke arasında qısqanclıq həddinə
çatan yazışmalar başlayır. Marina Svetayeva onu Rilke ilə tanış eləyən dostu
Pasternakı belə Rilkeyə qısqanırdı.

Svetayeva – Rilkeyə

9 may 1929

Rayner Mariya Rilke!

Mən sizə bu cür müraciət edə bilərəm? Siz – poeziyanın canlı təcəssümü –
bilməlisiz ki, təkcə adınız belə şeirdir…

Siz mənimçün ən sevimli (“ən sevimli” – dərəcədir) şair deyilsiniz, Siz təbiət
hadisəsisiniz. Elə bir təbiət hadisəsi ki, onu özününküləşdirə bilmirsən və onu
sevmirsən, bütün varlığınla hiss edirsən. Siz beşinci duyğunun təcəssümü,
poeziyanın özüsünüz...

Sizdən sonra nə qalır şairlərə? Şair ustadlardan birini (deyək ki, Höteni) ötə
bilər, ancaq sizi ötmək poeziyanın özünü ötmək olardı. Şair odur ki, həyatı ötüb
keçir.

Siz gələcək şairlər üçün həlli mümkün olmayan məsələsiniz. Sizdən sonra
gələn şair Siz olmalıdır, yəni Siz yenidən doğulmalısız…

Rayner, mən səndən nə istəyirəm? Heç nə. Hər şey. İstəyirəm həyatımın hər
anında başımı qaldırıb məni qoruyan (xata-bəlanı sovuşduran daşlaşmış mələk
misalı) dağlara baxdığım kimi sənə baxmağa müsaidə edəsən.

Neçə ki səni tanımırdım, bunu bacarırdım, indi səni tanıyandan sonra mənə
müsaidən lazımdır.

64
   59   60   61   62   63   64   65   66   67   68   69