Page 69 - "Xəzər"
P. 69
unla yanaşı, yaxşı başa düşürəm ki, sən “iki xaric” deyəndə (bir-birimizi
fərqləndirəndə) ona qarşı çox sərt, sərt yox, bəlkə də amansız davranırsan”.
Uzun bir fasilədən sonra, 1926-cı ilin 31 dekabrında Pasternak Svetayevadan
Rilkenin ölüm xəbərini verən bir məktub alır:
“Boris! Rayner Mariya Rilke öldü. Üç gün bundan əvvəl. Məni Yeni il
bayramına çağırmağa gəlmişdilər, həm də bu xəbəri verdilər. Onun mənə yazdığı
sonuncu məktub (6 sentyabr) belə bir hayqırtıyla bitirdi:
“İm Frühling? Mir ist lang. Eher! Eher!”* (“Yazdamı? Mənimçün bu uzun
vaxtdı. Tez! Tez!” – alm.) – Görüşmək barədə danışırdıq. Onun bu məktubuna cavab
vermədim, sonra Bellevidən bir sətirlik məktub yolladım: “Rainer, was ist? Rainer,
liebst Du mich noch?”* (“Rayner, sənə nə olub? Sən hələ də məni sevirsən?” –
alm.).
Bu xəbər Pasternakın mənəvi dünyasını alt-üst edir, ən gözəl arzu və
ümidlərini yarımçıq qoyur.
5 fevralda Pasternak Svetayevanın bir fransız qəzetindən kəsib göndərdiyi,
Rilkenin dəfnini təsvir edən qəzet məqaləsini alır.
3 fevralda isə Pasternak artıq bu xəbəri bilmişdi. Sarsıntısını bölüşmək üçün
Svetayevaya üz tutmuş, aralarındakı yazışmanı yenidən bərpa etmişdi. Məktub bu
sözlərlə başlayırdı:
“Əziz dostum! Bu məktubu sənə təsadüfən yazıram, sonra yenə susacağam.
Sənin səbrinlə zarafat eləmək olmaz axı. Onun ölüm xəbərini alanda dumanlı
pəncərələri alaqaranlığa qərq edən aramsız qar yağırdı… Nə qədər ağır olsa da,
ikimizin necə yetim qaldığını təsəvvür edirsən? Yox, görünür, belə olmamalıdı –
yazıqlığı tam boynuna götürəndə adam kiçilir. Mən lap heydən düşmüşəm. İndən
belə uzun, təhqiramizcə uzun yaşamalıyıq – bu sənin də, mənim də borcumdu…”
69