Page 60 - "Xəzər"
P. 60
fessoru, Rumyantsev muzeyinin direktoru, 1913-də Moskvada vəfat etdi. Min bir
əziyyətlə yığdığı kitabxanasını, bir kitab belə götürmədən Rumyantsev muzeyinə
bağışladı.
Anam – Polşa knyazları soyundan, Rubinşteynin tələbəsi, xüsusi musiqi
istedadı olan xanımdı. Tez öldü. Şairliyim ondan gəlir. O da kitabxanasını (həm
özünkünü, həm də babasınınkını) muzeyə verdi. Erkən uşaqlığım Moskva və
Tarusada keçdi. 10-13 yaşlarımda (anamın ölümündən sonra) xaricdə yaşadım, 17
yaşımda yenidən Moskva… Rus kəndində heç vaxt yaşamadım.
Başlıca təsirlər – anam (musiqi, şeir, Almaniya. Yəhudilik ehtirası. Təkbaşına
hamıya qarşı). Daha çox gizli olsa da atamın təsiri anamınkından heç də az olmayıb
(əməyə həvəs, karyerizmə yad olmaq, sadəlik, mühitdən təcrid olmaq bacarığı). Ata
və anamın bir-birinə qarışmış təsiri – məhrumiyyətlərə dözən, sadəliyi sevən adam.
Bir evdə iki leytmotiv: musiqi və muzey. Evin havası burjua yox, intelligent-cəngavər
havasıdı. Səviyyəli bir həyat.
Mənəvi olayların sürəkliliyi: erkən uşaqlıq çağı – musiqi, 10 yaş – inqilab və
dəniz (Nervi – Genuyanın yaxınlığındakı mühacir yuvası), 11 yaş – katoliklik, 12 yaş
– ilk dəfə vətən duyma (“Varyaq”, Port-Artur), 12 yaşdan indiyəcən – 1905-ci ildə
Spridonova və Şmidt tərəfindən təzələnmiş Napoleoniada, 13-15 yaşlarımda –
narodovolçuluq, “Znamya” dərgisi… Tarasovun şeirləri, 16 yaş – ideyalardan
qopma, Sara Bernara məhəbbət (“Orlyonok”), bonapartizm partlayışı, 16 yaşdan
18 yaşacan – Napoleon, fransız və alman şairləri (Viktor Hüqo, Beranje, Frederik
Mason, Tyer, memuarlar…)
Sevimli kitablar ardıcıllığı (hərəsi bir dövrü ehtiva edir): Undina (uşaqlıq),
Lixtenşteyn (yeniyetməlik). Rostanın “Qartal balası” (ilk gənclik). O vaxtdan
indiyəcən: Heyne – Höte – Gölderlin. Rus yazıçılarından – indikilərdən deyirəm –
Leskov və Aksakov. Rus şairlərindən – Derjavin və Nekrasov. Müasirlərimdən –
Pasternak.
60