Page 59 - "Xəzər"
P. 59
Boris Pasternakla Marina Svetayevanın tanışlığının qəribə bir tarixçəsi var. I
Dünya müharibəsi və inqilab illərində onlar elə-belə, “atüstü” tanış olmuşdular. Bu
barədə Pasternak sonralar belə yazırdı: “İnqilabın ilk vaxtlarında başqalarıyla yanaşı
onun da şeir oxuduğu bir ədəbi gecədə mən də iştirak edirdim. Hərbi kommunizm
zamanı bir qış günü hansı bir tapşırıqlasa onun yanına getmişdim, mən nəsə elə-belə
şeylərdən danışdım, cavabında da boş-boş şeylər eşitdim. Svetayeva mənə
çatmadı”.
1922-ci ildə Svetayeva, uzun ayrılıqdan sonra, Berlinə ərinin yanına gedir. Bu
arada Pasternak onun bir il öncə çapdan çıxmış “Verstı” kitabını oxuyur, təsirlənərək
Svetayevaya həyəcan dolu uzun bir məktub yazır. Onlar arasında ilk yaxınlıq burdan
başlayır. Pasternak Svetayevanı öz dövrünün ən istedadlı şairlərindən biri sayır,
Rilkeyə yazdığı ilk məktubunda Svetayevanı da ən yaxın dostu kimi onunla tanış
etmək istəyir. Svetayeva-Pasternak məktublaşmalarında hər iki şairin bir yerdə
Rilkenin ziyarətinə getmək arzusu ifadə olunur. 1926-cı ilin 22 may tarixli Rilkeyə
məktubunda Svetayeva Pasternakın bu cümləsini sitat gətirir: “Bu dünyada səninlə
mən neyləyə bilərik? Rilkenin yanına gedə bilərik”.
3 aprel 1926-cı ildə Pasternak Svetayevaya bir sorğu anketi göndərir. Və ona
istədiyi formada cavab verməsini xahiş edir. Bu anket XX əsr yazıçılarının bioqrafik
lüğətini hazırlamaq məqsədilə inqilabi ədəbiyyat kabineti tərəfindən tərtib edilirdi.
Svetayevanın cavabları onun həyatını, ədəbi və ictimai-siyasi baxışlarını ifadə
etdiyindən maraq doğurur. Bu həm də Svetayevanın Pasternaka, ümumiyyətlə, ədəbi
aləmə məktubudur.
Marina İvanovna Svetayeva – 26 sentyabr 1892-ci ildə Moskvada
doğulmuşam. İctimai mənşəyim – zadəgan.
Atam – Vladimir quberniyası ruhanisinin oğlu, Bolon universitetinin
professoru, filoloq, əvvəl Kiyev, sonra isə Moskva universitetində mədəniyyət tarixi
59