Page 58 - "Xəzər"
P. 58
İndi isə mən sanki yenidən doğulmuşam. Bunun iki səbəbi var. Onlardan
birincisi haqda artıq danışmışam. Minnətdarlıqdan, az qala, dilim tutulur, bu
barədə nə qədər yazsam da, mənim duyğularımla onlar müqayisəyə gəlməz.
İcazənizlə digər səbəbdən də danışım, üstəlik, bunlar bir-biriylə bağlıdır və
söhbət Sizi məndən heç də az sevməyən şair xanımdan gedir. O şairdən ki, Sizin
poetik tərcümeyi-halınızın bir parçasına çevrilə bilər.
Sizdən məlumat aldığım gün saxtakarlıqlan uzaq, doğru-dürüst yazılmış bir
poema da aldım. SSRİ-də bizim heç birimiz daha bu cür yaza bilmərik. Bu, günün
ikinci sarsıdıcı hadisəsiydi. O, Marina Svetayevadı, anadangəlmə böyük istedada
malik, poetik tərziylə Debord-Valmora yaxın olan şair. Hal-hazırda Parisdə
mühacirətdədi. Mən istərdim (Allah xatirinə, bu ədəbsizliyimə və Sizi usandırdığıma
görə məni bağışlayın), arzu edərdim ki, mənə bəxş etdiyiniz sevincdən bir az da o
dadsın. Avtoqraflı bir kitabınızı, eləcə adını eşitdiyim “Duinez ağıları”nı ona
göndərsəniz, təsəvvür eləyirəm, bu onunçün nə demək olar… Lütfən, məni
bağışlayın! Ancaq çərxi dönmüş dünyada bu dərin və uzun sürən təsadüfi,
gözqamaşdırıcı sevinc içində belə təsəvvür etmək istəyirəm ki, həqiqət məhz bu
sınıqlıqda, bu dönüklükdə mövcuddur. İnanıram ki, xahişim əməl olunacaq bir işdir
və onun mənası var. Kiminçün, niyə? Bunu deyə bilmərəm.
İcazə verin, Svetayeva ilə bağlı xahişimə müsbət cavab verəcəyinizə inanım.
Bu, gələcəkdə də Sizə məktub yazacağımın bir işarəti olacaq…
Mən Sizi poeziyanın sevildiyi qədər, sevilməsi lazım olduğu qədər sevirəm…
Sizi sevirəm və bununla fəxr edə bilərəm ki, Sizi nə mənim, nə də artıq haqqında
danışdığım ən böyük və yəqin ki, yeganə dostum Marina Svetayevanın məhəbbəti
aşağılamır.
Əgər Siz öz əlinizlə yazacağınız bir neçə sətirlə məni xoşbəxt etmək istəsəniz,
yenə də Marina Svetayevanın ünvanından istifadə etməyinizi xahiş edirəm. Çünki
İsveçrədən gələn poçtun bizə çatacağına ümid yoxdu.
Sizin Boris Pasternak.
58