Page 57 - "Xəzər"
P. 57
Bu sətirləri yazarkən hiss edirəm ki, talelər arasında belə bir bağın qeyri-
mümkünlüyü duyğusu öz ürəksıxıcı dirənişiylə mənə sirayət edir və izahata gəlmir.
Diqqətinizi cəlb etməyim bir möcüzədir, bu, məni heyrətə saldı. Bu xəbər qəlbimdə
elektrik kimi qığılcım saçdı.

Hamı evdən getmişdi, mən otaqda təkbaşına atamla yazdığınız məktubdan bir
neçə sətir oxuyub bu yerə çatanda özümü pəncərənin qabağına atdım. Qar yağır,
yaxından adamlar keçirdi. Heç nə eynimə gəlmirdi, ağlayırdım. Oğlum dayəsiylə
gəzintidən qayıtdı, sonra arvadım gəldi. Mən susurdum. Bir neçə saat ərzində bir
kəlmə belə dilimdən çıxmadı.

Bu vaxta qədər poeziyanızdakı bitib-tükənməz, geniş və dərin lətafətə görə
Sizə heyran olmuşam. İndi isə belə bir vaxtda xeyirxah bir niyyətlə qəfildən taleyimə
qarışdığınıza görə Sizə minnətdaram. Bu təfərrüatlardan belə çıxır ki, mən Sizin
diqqətinizə layiqəm, amma Siz özünüz bunu deməyincə heç vaxt belə fikirdə ola
bilmərəm. Bu, həm də tarixin faciəli hadisələr zəncirini dərk etmək və onlar barədə
danışa bilmək anlamına gəlir. Güman edirəm, bu da mənim gücüm xaricindədir.

Bununla belə, öyrənməyi bacaran hər kəs bizim həyat təcrubəmizdən görüb-
götürə bilər ki, böyük olan bilavasitə təzahür etdikdə öz əksinə çevrilir. O, əsl
həqiqətdə öz böyüklüyünə rəğmən əhəmiyyətsizləşir, aktivliyini itirərək süstləşir.

Belə baxanda bizim inqilab da bu cürdü – meydana çıxdığı gündən
ziddiyyətlərlə doludu: durğun və qorxunc bir diqqətçəkicilik görkəmində zamanın
axarını dəyişmək… Bizim taleyimiz də belədi: durğun, qısa, tarixin qaranlıq və
qeyri-adi müstəsna olaylarından asılı, ən xırda və gülməli təzahürlərdə belə
faciəvi…

…8 il sürən uzun bir vaxt ərzində o dərəcədə bədbəxt idim ki, ən kədərli
vaxtımda belə inqilabın pardaqlanan tragizmi yaddaşıma həkk olunmuşdu. Mən
qətiyyən yaza bilmirdim, iradəsiz, özümdən asılı olmadan yaşayırdım. Hər şey artıq
1917-1918-ci illərdə yazılmışdı.

57
   52   53   54   55   56   57   58   59   60   61   62