Page 56 - "Xəzər"
P. 56
da sanatoriyadayam, nəsə səhhətim düzəlmir, əvvəllər, adətən, elə-belə keçib
gedərdi. Ona görə cavabınızı bir az gecikdirdim (burdan, demək olar, heç kəsə
məktub yazmıram). Ümidvaram ki, bunu oxuyandan sonra cavabı gecikdirdiyimə
görə məni bağışlayacaq və bu barədə hər şeyi unudacaqsınız.
Bütün qəlbimlə hamınızı bağrıma basır və qucaqlayıram.
Sizin Rilke.
Rilkenin bu məktubunu alan ata Pasternak dərhal oğlu Borisə məktub yazır.
Rilkenin sağ olduğunu ona xəbər verir. Leonid Osipoviçin oğluna çatdırmaq istədiyi
daha önəmli xəbər isə Rayner Mariya Rilkenin onun şeirlərini oxuduğu və çox
bəyəndiyi xəbəriydi.
Boris Pasternak həm Rilkenin sağ-salamat olması xəbərindən, həm də onun
şeirlərini bəyənməsindən son dərəcə həyəcanlanır. Nə vaxtdan bəri düşüncə və
qəlbini bürümüş qaramatdan qurtulur və ilk dəfə Rilkeyə məktub yazır.
B.L.Pasternak – Rilkeyə
12 aprel 1926, Moskva
Vurğunu olduğum böyük şair!
Artıq iyirmi ildir ki, Sizə duyduğum sevgi, sayğı və heyranlıq hisslərimi var
səsimlə bəyan etmək istəsəm, bilmirəm bu məktub harda qurtarar, yaşadıqlarımı nə
dərəcədə əks etdirə bilər.
Mən xarakterimin əsas cizgilərinə və mənəvi həyatımda qazandıqlarıma görə
Sizə borcluyam. Sizinlə indi cərəyan edən hadisələrin qaynaqlandığı, baş alıb
gəldiyi, zamanın çox ötəsində qalan bir keçmişlə danışırmış kimi danışıram. Məni
bir şair kimi tanımağınızın sevincindən özümdə deyiləm, təsəvvürümə gətirə
bilmirəm ki, söhbət Puşkindən, Esxildən yox, məndən gedir.
56