Page 55 - "Xəzər"
P. 55
İsveçrə, Val-Mon, 14 mart 1926
Əzizim Leonid Osipoviç Pasternak!
Yox, mən Sizə rusca yaza bilməyəcəyəm, ancaq məktubunuzu oxudum. Rus
dilini tamam yadırğasam (bu dil hələ çox yaxşı yadımdadı, ancaq təəssüf ki, ona
nadir hallarda qayıdıram), hətta bu dili tamam unutsam belə, Sizin məktubunuzu
oxumaq elə gözlənilməz və böyük bir sevincdir ki, əvvəl bildiyim nə vardısa hamısını
bir anlığa mənə qaytara bilər; istənilən şəraitdə, istənilən dildə bu şanlı məktubu
anlaya bilərəm, möhtərəm dostum. Bir də Sizi əmin etmək istəyirəm ki,
məktubunuzda yadıma saldıqlarınızın hamısı mənimçün həmişə doğma, dəyərli və
müqəddəs olub, əbədiyyən ömrümün, həyatımın bir parçasına çevrilib!
Bəli, hamımız çox qarğaşalardan keçməli olmuşuq, illah da sizin ölkə… Siz
və Sizin kimi sədaqətli insanlar vətəninizi ancaq ona görə tərk etdiniz ki, köhnə
Rusiyanın gizlində qaldığı indiki dövrdə ona sadiqliyinizi qoruyub saxlayasız. Əziz
Leonid Osipoviç, mən bunu böyük bir həyəcanla keçən il Parisdə hiss elədim: orda
mən köhnə rus dostlarımla görüşdüm, yeniləriylə dostlaşdım, ayrı-ayrı adamlardan
oğlunuz Borisin erkən çağlarında şöhrət qazanması barədə xəbərlər eşitdim.
Parisdə olanda axırıncı dəfə oxumaq istədiyim onun gözəl şeirləri oldu. (İlya
Erenburqun çap elətdirdiyi kiçik həcmli bir antologiyada – təəssüf ki, sonra mən onu
rus rəqqasəsi Mila Sirula hədiyyə elədim, ona görə “təəssüf” deyirəm ki, bundan
sonra neçə dəfə onları təkrar oxumaq istədim.) İndi məni bir xəbər həyəcanlandırır:
yəni adi Boris yox, yeni nəslin artıq ictimaiyyət tərəfindən tanınmış şairi mənimlə,
mənim yaradıcılığımla maraqlanır...
…1919-cu ildən mən İsveçrəyə köçmüşəm və indiyəcən burda, füsunkar
Vallisdə, öz peyzajlarıyla İspaniyanı, ya da Provansı xatırladan 13-cü əsrə aid
balaca, köhnə bir qəsrdə tamamilə tək-tənha yaşayıram, işim-gücüm bağçadakı
qızılgüllərə qulluq eləməkdi. Bu “iqamətgahın” tənhalığı məni sıxanda hərdən
Parisə, ya da İtaliyaya gedirəm. Hal-hazırda evdə deyiləm, ta dekabrdan Val-
55