Page 54 - "Xəzər"
P. 54
Kaş bilsəydiniz, mənim uşaqlarım Sizin şeirlərin hər bəndini, hər misrasını nə
qədər çox sevirlər! Ələlxüsus da, böyük oğlum Boris – Rusiyada ən çox şöhrət
qazanan və dəyərləndirilən gənc şair – Sizin odlu pərəstişkarınız, Sizə qəlbən bağlı
olan və qədir-qiymətinizi bilən, özünü Sizin şagirdiniz sayan, Rusiyada hələ
tanınmadığınız vaxtlar yaradıcılığınızı təbliğ edən birisidir.
Xaricə gedəndə eşitdik ki, şükür Allaha, Siz sağ-salamat və yaradıcılığınızın
çiçəklənən çağındasınız. Nə qədər sevindik, ilahi! İndi Siz harda yaşayırsız,
xanımınız necədir? 1921-ci ildə xaricə getməyin rəsmi şəkildə mümkün olduğu vaxt
mən həyat yoldaşım və qızlarımla birlikdə Berlinə gəldim. Qızlarım burda
universitet təhsillərini başa vurmaqda, mən isə öz işimdəyəm – əsasən portretlər
çəkirəm. İki oğlum Moskvada qaldı. Əgər nə vaxtsa Berlinə gəlsəniz, Siz Allah, mənə
xəbər verin, neçə ki sağam, istəyirəm Sizin portretinizi işləyəm.
Bir daha Sizə Tanrıdan uğurlar diləyir, neçə belə illər arzulayıram. Səmimi
salamlarımı, həm də təbriklərimi sevimli xanımınıza çatdırmağı rica edirəm. Hər
şey könlünüzcə olsun!
Sizi sevən L.Pasternak.
L.Pasternakın məktubu Rilkeyə o vaxtlar tez-tez müalicə olunduğu Val-Mon
sanatoriyasında yetişir. Rilkenin cavab məktubunda artıq faciəvi notlar sezilməyə
başlayır: bu dövrdə şairin mübtəla olduğu leykoz – ağ qan xəstəliyi ona həm mənəvi,
həm də fiziki cəhətdən əziyyət verirdi. Bütün xəstəliklərinə etinasız yanaşan,
həkimsiz keçinən Rilke bu sıxıntılarının səbəbini öz asket, tərki-dünya həyat
tərzində, tənhalığında görürdü. Bu barədə sonralar Svetayevaya yazmışdı.
Rilke – L.O.Pasternaka
54