Page 53 - "Xəzər"
P. 53
Marina Svetayeva ilə Pasternakın tanışlığı daha əvvəllərdən başladığı kimi,
yazışmaları da 1926-cı ildən 3-4 il əvvəllərə gedib çıxır. Onların bir-birinə yazdıqları
məktubların (xüsusilə Svetayevanın Pasternaka) sayı kifayət qədər çoxdur.
Hər üç şairin “məktub üslubu” – əgər belə demək mümkünsə –şeirlərindəki
döndərmələr qədərində qəlizdir. Svetayeva Pasternakın atası Leonid Osipoviçə
məktubunda yazırdı: “Onun (Boris Pasternak nəzərdə tutulur – tərc.) yazdığı
məktublar şeirlərindən heç də “asan” deyil”.
Rilke, Svetayeva və Pasternak arasındakı yazışmaların, onları bir-birinə
bağlayan səbəblərin başında Pasternakın atası Leonid Osipoviç Pasternakın köhnə
tanışı Rayner Mariya Rilkeyə 20 illik fasilədən sonra yazdığı təbrik məktubu gəlir.
L.O.Pasternak – Rilkeyə
Berlin, 8 dekabr 1925
Əziz və çox hörmətli cənab Rayner Mariya Rilke!
…Mənim əziz şairim, o vaxtlar bir-birimizlə yazışdığımız rus dilini hələ
unutmamısız ki? Unutmamısınızsa, bundan sonrasını rusca yazacağam.
(L.O.Pasternak Rilkeyə məktubunu almanca yazmışdı – tərc.)
İndi əfsanəyə, nağıla dönən köhnə, əsrarəngiz Moskva hələ xatirinizdədirmi?
Tolstoy, onun evi, Yasnaya Polyana necə? Romanın o sehrli, isti, qaranlıq gecəsi
Borqeze yaxınlığındakı malikanədə bir xeyli adamın içində “İqor polku haqqında
dastan” barədə söhbətimiz yadınızdadı? İsveçrə qatarına minərkən təsadüfən, həm
də son dəfə rastlaşdığımızı xatırlayırsız?.. Bu, bizim son görüşümüz idi.
Bizi Avropa və mədəni dünyadan qoparan inqilab illərində, rus həyatının o
dəhşətli dövründə hamımız – yəni mən və ailəm sizin ölüm xəbəriniz barədə şayiələri
eşidəndə ürəkdən acıdıq, göz yaşı tökdük.
53