Page 52 - "Xəzər"
P. 52
90-1960), Svetayeva da (1892-1941) çox cavandılar və tale Rayner Mariyanı ağır
imtahana çəkmişdi… O heç kəsə bildirmədən mübtəla olduğu amansız xəstəliklə
mübarizə aparmaqdaydı. Bu dövrdə, yəni 1920-ci illərin ortalarında 1914-cü ildən
başlayan, 1917-ci ildə Rusiyada Oktyabr inqilabını, sonra isə vətəndaş müharibəsini
də özüylə gətirən I Dünya müharibəsinin ağrı-acıları hələ çəkilib getməmişdi.
Rusiya əsilzadələri, ictimai-siyasi xadimləri və ziyalılarının böyük bir hissəsi, o
cümlədən Marina Svetayeva Avropada mühacirətdə yaşayırdı.

Müharibənin acı yelləri Rusiya çöllərindən Avropanın o başınacan böyük bir
ərazidən çox şeyi, bunların içində də poeziyanı alıb aparmışdı. Poeziya sanki göyə
çəkilmişdi. Belə bir vaxtda Rilkenin varlığı, Svetayevanın dediyi kimi, “poeziyanın
özü”nün varlığı, canlı olması, ayaq üstdə durması demək idi. Və belə bir zamanda
bu üç şairin bir-biriylə tanışlığı və yazışması əsl poeziyanın küllər altından üzə
çıxması, cücərməsi kimi bir şeydi.

1899-cu ildə ədəbi aləmdə o qədər də tanınmayan Rilkenin Rusiyaya ilk səfəri
baş tutur. Avropa ilə müqayisədə daha çox öz təbiiliyində qalan Rusiya şairə nağıllar
ölkəsi kimi xoş təsir bağışlayır. O, Moskvada Pasternakın atası rəssam Leonid
Osipoviçlə tanış olur, Tolstoyla görüşür. Rus dilini öyrənmək həvəsinə düşür.
Dostoyevski, Çexov, Tolstoy kimi yazıçıları orijinaldan oxumağa çalışır.

1900-cü ilin yayında Moskvada Kursk vağzalında ailəsiylə Odessaya getmək
istəyən Leonid Osipoviç təsadüfən Rilke ilə rastlaşır və bu görüş balaca Borisin
yaddaşında ömürlük yaşayır.

Svetayevanı Rilke ilə Pasternak tanış edir (təbii ki, məktub vasitəsiylə). Nə
Svetayeva, nə də Pasternak (10 yaşında gördüyü xaric) Rilke ilə görüşə bilmir.

Həm Svetayeva, həm də Pasternak Rilkedə dövrün “ruhsuzluğuna” qarşı dura
biləcək poetik bir potensial, ecazkar bir güc görürdülər. 1920-ci illərdə yaradıcılıq
böhranı keçirən Pasternakı müəyyən mənada yenidən poeziyaya qaytaran da Rilke
olur.

52
   47   48   49   50   51   52   53   54   55   56   57