Page 51 - "Xəzər"
P. 51
Bax: Allahın rəsulu (Allah onu şad eləsin!) qəlbində əbədi yeri olan qızı Fatimə barədə
deyir: “Əgər Məhəmmədin qızı Fatimə oğurluq edərsə, mən onun əlini kəsərəm”.

Ömər bin əl-Həttab isə öz oğlunu eyş-işrətlə məşğul olduğuna görə qamçıladır. Ürəyi
isə yalnız oğlu öləndən sonra sakit olur. Maiz və həmin qadın da özlərinə cəza tələb edib,
özlərini məhv edirlər. Allahın rəsulu isə (Allah onu şad eləsin!) onlar barədə deyir: “Onları
xalqın arasında bölüşdürsəydilər, tikələri hamıya çatardı”.

Bir də elə bir tövbə varmı ki, insanın öz canını könüllü şəkildə qurban verməsi ilə
müqayisəyə gəlsin?

Daha böyük olan isə o kəsdi ki, bütün bu sınaqlara davam gətirib, özünə ən acı, lakin
layiqli cəza kəssin.

Allah övladını itirən valideyn barədə belə deyir: “Mömin bəndəmin yaxınlarından
Götürərəmsə, bunun əvəzində ona Cənnət bəxş edilər” (Quran).

İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün bu keçilməz sınaqlardan və
şiddətli tamahlardan keçib, Allaha tapınacaq. O kəsi heç zaman unutma.

MƏKTUB

RİLKE, SVETAYEVA VƏ PASTERNAKIN MƏKTUBLAŞMASI

Ədəbiyyat tarixində, ədəbi simaların həyat tarixçəsində epistolyar janr –
məktublaşmalar xüsusi əhəmiyyət daşıyır. Söhbət dahilərdən gedəndə mənzərə daha
da rəngarəng olur, min bir çalarıyla göz önünə gəlir.

XX əsr Avropa poeziyasının üç nəhəngi – Rilke, Svetayeva və Pasternakın
məktublaşmaları təkcə onların iç dünyalarını, poetik baxışlarını ifadə etməsi
baxımından yox, həm də o dövrün ab-havasını bu günümüzə daşıması baxımından
maraq doğurur. O məktubların hamısı əslində gələcəyə – bizlərə, bizlərdən də o yana
yazılmış məktublardı. 1926-cı ilin əvvəlində bu üç şairi bir-birinə bağlayan tellərin
çox zaman faciəvi səbəblərdən olduğu onların yazışmalarından da açıq-aydın
görünür. Həmin vaxt 50 yaşında olan Rilkenin (1875-1926) yanında Pasternak da

51
   46   47   48   49   50   51   52   53   54   55   56