Page 50 - "Xəzər"
P. 50
Üçüncü, var-dövlət barədə deyək. Bu ad ona (var-dövlətə) o səbəbdən verilib ki,
insanlarda ona təbii meyl var. Allah o səbəbdən bəndələrini var-dövlətlə sınağa çəkməkdə
qərarlıdı ki, hər şey məhz onun (varın) vasitəsi ilə aşkarlanar, varlılara qarşı (onlar tamahkar
olsalar belə) insanların sevgisini də bu səbəbdən artırar.
İnsanlar varlıya hörmət və ehtiramla yanaşar, onun bu qədər mal-dövləti varsa, heç
kəsə ehtiyacı olmadığını düşünərlər. Əslində isə, həmin o varlı, olsun ki, qəlbinin dərinliyində
sahib olduğu mal-dövlətindən məmnun deyil, insanla ünsiyyətə, bəlkə, o birilərdən daha çox
ehtiyaclıdı. Və o səbəbdən ki, insanların qəlbi bu var-dövlət sahibinə, onun varına görə
meyllənər, onlar onun yox, onun mal-dövlətinin aşiqinə çevrilərlər.
Arif olan kəslər də Allahı eynilə bu sayaq sevərlər. Sınaq və nəfsdə, bu məqam aşkar
olar, düzgün yolun və həqiqi hakimiyyətin nə olduğu, məhz burda üzə çıxar.
Ariflərin diqqəti Allahın imkanlı adamlara müraciətlə: “...və Allahın yolunda
varından keç” (Quran) – Buyruğuna işləyən ilahi məqamlara cəmlənər.
Onlar (arif olan kəslər) öz varını da, bu səbəbdən sevərlər. Sevərlər ki, deyilən bu İlahi
Buyruq onlara da şamil olunsun ki, hər zaman, hər yerdə bu Kəlamın icrasından həzz ala
bilsinlər. Məhz arif olan kəslər öz varından o səbəbdən keçərlər ki, dilənən əlin, Allahın Əli
olduğunu anlayarlar. Allah Verdiyi varı bu yolla qəbul edər və onu (varı) verənlərlə Şərik olar.
Bu, böyük şəriklikdi (vüslət əl-münəvəla).
Allah Adəmi o biri yaratdıqlarından üstün tutaraq, onun barədə Buyurur: “O kəsi ki,
Mən Öz əllərimlə Yaratdım...” (Quran)
Lakin Onun (Allahın) İstəyinə əməl edib, Onu (Allahı) özünə borclu çıxaran, Onun
(Allahın) Nəzərində, Onun Öz əlləri ilə Yaratdığından (Adəmdən) üstündü.
Lakin var-dövlət sahibi olmadan da, Allahın bu Buyruğuna əməl edib, həmin o ilahi
şərikliyi (əttənavü ər-rübbaniyyə) qazanmaq mümkündü..
Beləliklə, Allah ilk əvvəl həmin o kəsləri var-dövlətlə, sonra borcla (sədəqə ilə) Sınağa
Çəkər. O Özünü varı, imkanı olan kəslərə əl açıb dilənən ehtiyaclı bəndənin halına Salar: “Ey
Mənim bəndəm! Mən səndən yemək İstədim, sən Məni yedirtmədin. Mən səndən su
İstədim, sən Məni içirtmədin” (Quran).
Vara-dövlətə olan məhəbbətin mahiyyəti bu məqam anlanar. Və O (Uca Yaradan)
arifləri tamahdan keçirib Haqq yoluna Çıxarar.
Övladlar da öz-özlüyündə bir sınaqdı. O səbəbdən ki, oğul atanın sirridi, onun ətindən
və qanından olandı. Övlad valideynə ən yaxın olandı və bu səbəbdən, o onu, özünü sevdiyi
qədər sevər.
Hər şeydən çox isə hər kəs özünü sevər. Bu səbəbdən, Allah Öz bəndəsini onun özü ilə
– zahirən ona bənzəri ilə (övladı) Sınağa Çəkər ki, Görsün özü özü ilə doyurulan bəndə
Allahın ona Buyurduğu borcları və vəzifələri unutmayacaq?!
50