Page 48 - "Xəzər"
P. 48
Beləliklə, əgər sən kimisə belə bir sevgiylə sevərsənsə və əgər Allah sənə, həmin o biz
deyəni o kəsdə tapmağa İmkan Verərsə, bil ki, O (Allah) səni sevir və bu sınaq səni Haqqa
aparacaq.
***
Qadınları bir də belə sevmək olar ki, onlar səbir və doğumlu olduqları səbəbindən, hər
nəsildə yeni-yeni məxluqlar və canlılar yaranar. Və şübhə yoxdu ki, dünyanı mövcudsuzluq
halında götürəndə, Allah bu dünyanın məxluqatını tək bir ona görə sevdi ki, onlar səbrin və
dözümün yuvasına çevrildilər. Və onda O (Allah) Öz Hökmünü Verib olanlara: “Ol!” dedi və
onlar oldular.
Beləliklə, onlardan Onun mülk Şahlığı aşkar oldu. Yaradılan məxluqat Allahın
ilahiliyinin qiymətini verdi və budu, Allahın varlığı anlaşıldı. Bu məxluqat Hamıdan Uca
Allaha öz anlayışları müqabilində, Ona uyğun gələn bütün adları ilə, bu adların mahiyyətindən
xəbərsiz olsalar belə, sitayiş etdilər.
Səbəbi bu idi ki, Allahın elə bir adı yoxdu ki, bəndə o adda öz zahirinə və batininə
uyğun olan nə isə tapmasın. Adlar barədə duada da, Allahın rəsulu (Allah onu şad eləsin!)
bunu nəzərdə tutur.
“...o adlar barədə biliyi gizli saxlayıb, mənasını tək bir Özün bildin, ya da olsun
ki, bunu Öz məxluqatından kimlərəsə anlatdın”.
Və o bəndələr biliklə də qalanlardan fərqləndilər. İnsanda, onun həm zahirində, həm
də batinində o qədər sirlər var ki, onlar barədə o özü heç nə bilmir. Allaha isə onda (insanda)
olan bütün sirlər məlumdu.
Odur ki, əgər sən qadını biz dediyimiz şəkildə sevsən, ona olan sevgin səni Allaha
çatdırar və sən bu sınaqda şəfqət taparsan. Allaha, qadına olan sevginlə tapınsan, Onun
Sevgisinə toxunmuş olarsan.
Əgər biz görsək ki, kimsə öz sevgisiylə yalnız bir qadına bağlanıb (hərçənd ki, bu
deyilənləri istənilən qadında tapmaq olar), bil ki, bu hal həmin bu iki insanın müstəsna ruhi
vəziyyəti ilə əlaqədardı. Deməli, onlar belə yaradılıb. Onların hər ikisinin təbiəti və ruhu
belədi. Bu cür bağlılıqlar müəyyən müddətə, bəzənsə əbədi olur. Daha doğrusu, belə bağlılığa
yalnız ölüm son qoyur, bağlılığın özü isə qalır. Peyğəmbərin (Allah onu şad eləsin!) Aişəyə
sevgisi də belə bağlılıq idi.
***
Məsələ burasındadı ki, insan ruhunda kifayət qədər Allahın gizlin saxladığı sirlər var:
48