Page 47 - "Xəzər"
P. 47
Onun bu sualına Allah belə Cavab Verir: “Görsən ki, Mən sənə yalnız nemət
Göndərirəm, bil ki, həqiqi minnətdarlıq budu”.
Allah Öz rəsulu Məhəmmədin (Allah onu şad eləsin!) bütün keçmiş və gələcək
günahlarını Bağışlayıb, ona: “...ondan ötrü ki, Allahın, sənin keçmiş və gələcək
günahlarını bağışlasın”, – deyəndə, peyğəmbər yorğunluq, istirahət bilmədən, ayaqları
şişənəcən ayaq üstə qalaraq, Hamıdan Ucaya şükranlıq duaları oxuyur. Onun bu halını görüb
acıyanların: “Özünə yazığın gəlmir” sualına Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab
verir: “O qədirbilən mən deyiləmmi?” Axı o, Hamıdan Ucanın: “Allahına itaət et ki,
qədirbilənlər sırasında olasan” Buyruğundan agah idi?!..
Və əgər bəndə öz Himayədarına qarşı minnətdarlıq hissi ilə dolmazsa, o, yalnız
qədirbilənlərə agah olunan həmin o müstəsna Sevgidən kənarda qalar. Bu barədə Uca Yaradan
belə Buyurur: “Bəndələrimin az qismi qədirbiləndi”.
İlahi sevgini qazanmayan bəndə Onun (Allah) barədə biliyə də sahib ola bilməz. Allah
ona Görünməz, ona Öz Nemətlərindən Bəxş Etməz və o kəsə Böyük Sınaq Günündə müstəsna
görüm və mərhəmət əta edilməz.
Axı Allah Sevgisinin hər hansı təzahürü, insana xüsusi növ bilik, ruhi dirçəliş, maddi
və mənəvi rifah gətirər. Həmin bu səbəbdən də, bu nemətləri qazanan kəs o birilərdən
fərqlənər.
Əgər sınaq qadınlarla göndərilərsə, bu halda o kəs Allahına, həmin o ehtirasından
tapınmalıdı. Qadınları sevərək o anlamalıdı ki, əslində, Bütöv Olan öz hissəsini sevir... o
hissəyə qarşı incə meyl duyur. Yəni, qadınları sevərkən, əslində o, özü-özünü sevir. O
səbəbdən ki, qadın, öz yaranışı etibarı ilə kişinin – onun qabırğasından yaradılıb. Odu ki, qoy
o (qadın), həmin o kəs üçün Allahın yaratdığı Kamil İnsan təcəssümü olsun. Əslində, bu
(qadın), Allahın Özünü ona güzgüdə əksi kimi təqdim etdiyidi. Və o halda ki, güzgüyə baxan
orada özündən olan “nə isə”ni görər, o kəs də güzgüyə baxınca, orada, ilk növbədə, ayrı bir
şeyi yox, öz-özünü görər. Odur ki, qadını bütün varlığıyla, ehtirasla sevən kəs onda (qadında)
özünü, öz quruluşunu görər və o bilməlidi ki, qadında görüb sevdiyi həmin o quruluş onun
özüdü.
Sən isə artıq bilirsən ki, həmin bu quruluş Uca Yaradanın Öz Quruluşudu ki, Onu
Özünə uyğun yaradıb.
İndi bil ki, sevən kəs sevdiyi qadında ayrı “nə isə”ni yox, Allahı tapar. Onu (Allahı)
bu qadınla hər təmasda, sevgi ehtiraslarında tapar. Belə olan halda, həmin kəs öz məhvini də
o qadında tapar və bu iki bənzərlik bir-birində əriyəntək, həmin o qadında əriyər. Məhz o
səbəbdən sevən kəs öz məhvini qadında tapar ki, o, hər toxuması ilə qadına hopar, bu sevgi
cərəyanına bütün varlığı ilə qoşular və bütün varlığı ilə də öz oxşarında məhv olar. Bu
hüdudsuz sevgi qaynağında əriyib itər, “ehtirasdan közərən, Mən Özüməm. Şevgi atəşindən
külə dönən, Mən Özüməm” deyər.
Bu mərhələyə çatan bir qisim isə: “Həqq mənəm!” deyər.
47