Page 46 - "Xəzər"
P. 46
Onun bu sözünə Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab verir: “Allah Özü
də gözəldi, gözəlliyi də sevər”.
Bu sözlərin mənası budu: Allah, Qarşısında gözəl olana yaxındı.
Məhz bu səbəbdən Uca Yaradan Cəbrayılı onun (Məhəmmədin) yanına Dihyanın
simasında göndərdi. Dihya öz dövrünün insanları arasında ən gözəli idi. Deyilənə görə,
Dihyanın gözəlliyi o qüdrətdə idi ki, hansı şəhərə girirdisə, onu görən boylu qadınlar
bətnlərindəki uşaqlarını salırdılar. Dihyanın gözəlliyi məxluqat aləminə belə təsir edirdi.
Cəbrayılı Öz rəsulunun (Allah onu şad eləsin!) yanına, Onda Olandan Agah Etməkdən
ötrü göndərən Uca Yaradan bununla sanki deyirdi: “Məhəmməd, Mənimlə sənin aranda
yalnız gözəl sima dayana bilər”.
Allahın qarşısında gözəl olmayanın isə (bu barədə demişik) Onun (Allahın) müstəsna
sevgisini qazanması mümkün deyil. Allahın xüsusi sevgisini qazanmayan, Onun (Allahın) ona
Verdiklərinə sahib ola bilməz: o kəs bilik (ilahi bilik) almaz, üzə çıxmaz, bərəkət və nemət
sahibi olmaz, səadət məkanına yetməz, bu dünyada öz davranışı və şahidliyi ilə Ruhun
şahidliyinə və mənalar üzrə biliklərə layiq olanlar sırasına qalxmaz. Bütün bunlara o halda
sahib olmaq mümkündü ki, bəndənin niyyəti, deyilən kimi, Allahın qarşısında gözəl olmaq
olsun. Daha yer dünyasının fanilik köpüyü – lovğalıq, şan-şöhrət, o birilərin qarşısında
öyünmək yox.
Sonra hər hansı sınağa çəkilərsənsə, Allaha tapın. Çünki O, Onun rəsulu (Allah onu
şad eləsin!) demişkən, Ona ürəkdən tapınanları sevər. Allah Özü bu barədə belə Buyurur:
“Ölümlə həyatı Yaratdım ki, kimin kim olduğunu Müəyyən Edim”.
Başqa sözlə, Allah insanı sınaqlara saldıqca, onun mahiyyətini Müəyyənləşdirər,
Görsün ki, həqiqətənmi, o kəs sözüylə görünməyə çalışdığı kimidi?
“Bu, sənin sınağından savayı, ayrı bir şey deyil: həmin o sınaqla Sən kimi
istəyirsən azdırırsan, kimi istəyirsən doğru yola yönəldirsən”, yəni ona həmin o sınaqdan
çıxış yolunu göstərirsən.
Bil ki, sınaqların ən çətini, tamahların ən şövqlüsü qadınlar, var-dövlət, uşaqlar və
hakimiyyətdi.
Onda ki, Allah Öz bəndələrindən hansı birinəsə bu nemətlərdən birini, yaxud hamısını
birdən verər, o bəndə Allahın onu bu nemətlərlə sınadığının səbəbini anlayıb, bunun Allahın
Özü tərəfindən ona göndərildiyini dərk edərsə, onlara uymayıb, yalnız Ona (Allaha) üz
tutarsa, o halda, bu sınaqlar bəndəni Hamıdan Ucaya yaxınlaşdırar. Ucaldıqca, o bu
nemətlərin, həqiqətən, ona Hamıdan Uca Yaradan tərəfindən göndərdiyini anlayar, anladıqca,
minnətdarlıq hissləriylə dolub daşar.
Bu barədə İbn Məcca öz “Əs-Sünnə”sində danışır. O, Allahın rəsulunun (Allah onu
şad eləsin!) sözlərini misal gətirərək, deyir: “Günlərin bir günü, Uca Yaradan Musaya (Ruhu
şad olsun!) Buyurur: “Ey Musa! Mənə qarşı həqiqi minnətdarlıqla dol!”
Musa üzünü Yaradana tutub soruşur: “İlahi! Həqiqi minnətdarlıq nədi?”
46