Page 45 - "Xəzər"
P. 45
Öz biliyini istifadə etməyən arif kəsi görsən, o kəslə mərifətlə dolan, onun biliyindən
özün istifadə et ki, əldə etdiyinin müqabilində o kəsə borcunu qaytara biləsən. O səbəbdən ki,
bilən odu və qoy o kəsin (bilənin) halı səni yolundan yayındırmasın. Axı öz əməlinə görə onun
da Allahın yanında öz pilləsi (dərəcəsi) var.

Bil ki, Qiyamət Günündə hər kəs öz sevdiyi ilə birgə çağırılacaq. Kim, yer dünyasında
Allahın keyfiyyətlərindən mənimsəyəcək, o kəs Qiyamət günündə Onun (Allah) tərəfindən
həmin o mənimsədiyi ilə çağırılacaq və Orada Onda (Allahda) doğulacaq.

Hər hansı bir işi görmək istədikdə, onu Allaha xoş gedəcək şəkildə, Onun (Allahın)
sevdiyi kimi gör, o işə ürəklə giriş. Bu işinlə sən özünü Allahın sevgisinə susamış halınla
bəzəsən, Allah səni sevər, sevib, sənə Özünü Tanıtmaq Səadəti bəxş edər. Səni Öz Səxavəti
ilə – Özünü sənə Büruzə Verməklə Mükafatlandırar və sınaqlarla Ovundurar. Allahınsa
sevdikləri kifayət qədərdi. İndi mən öz imkanlarım və anlamaq qabiliyyətim müqabilində
onlardan bəzilərini sənə öyüd və məsləhət qismində izah edəcəyəm.

Beləliklə, ilk əvvəl çalış, Allahın qarşısında gözəl ol. Allahın qarşısında gözəl olmaq
(təcəmmül) özü-özlüyündə müstəsna, müstəqil bir ibadətdi, ələlxüsus, dualar zamanı. Bu,
Hamıdan Ucanın Öz Hökmüdü: “Ey Adəm övladı! Mənim Qarşımda diz çökərkən, gözəl
ol”.

Ayrı bir yerdə O (Allah), bəndəsini ittiham edərək, deyir: “De ki, Allahın Öz
bəndələri üçün Yaratdığı gözəl [nemətlərə], həyatı üçün Müəyyən Etdiyi təmiz, halal
qaydalara kim qadağa qoydu? De: “Burada (Yer dünyasında) bu imkanlar yalnız
möminlərə verildi və Qiyamət Günü də yalnız onlara veriləcək. Bilən kəslərə əlamətləri
Biz belə İzah Etdik”.

Bu və digər bu kimi izahları sən özün Quranda tapacaqsan.
Allahın gözəlliyi ilə (zinət əl-lah), bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya)
arasında bir fərq var: məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə həmindir (əyn
əz-zina), ayrı birisi deyil.

Və deməli, niyyət, hər bir şeyin canıdı. Odu ki, hər kəsə öz niyyətinə görə verilər.

Deyək ki, (son) axır kimi baxılan (hicr), öz-özlüyündə olduğu kimi, dəyişməz qalır
(vahid ət əl-əyn). Kim ki, Allaha və Onun rəsuluna can atır, o kəsin yolu məhz Ona (Allaha)
aparar. O kəs ki, öz (yer) həyatını abadlaşdırmağa meyllənir, istədiyi qadını özünə arvad
eləməyə çalışır, o da ayrı bir səmtə yox, məhz həmin o yola yönəlir. Əs-Səhihdə [hədisdə] də
bu barədə deyilir. İmama and içdiyinə görə Qiyamət günü Allahın dindirməyəcəyi, günahları
bağışlanmayacaq, ağır iztirablara düçar olacaq üç kişi haqqında deyilir. Belə ki, bu üç kişidən
biri öz fani arzularına görə imama and içir və yer dünyasına aid tamahları qane olunana qədər,
andına sadiq qalır. Qane olunmayanda, andını pozur.

Beləliklə, əməllər niyyətlərə görə qiymətləndirilir. Bu, müsəlman etiqadının əsas
dayaqlarından biridir. Əs-Səhihdə deyilir ki, bir kəs Allahın rəsuluna (Allah onu şad eləsin!)
deyir: “Ey Allahın rəsulu! Mən möhkəm, yaraşıqlı ayaqqabını və gözəl libası çox
sevirəm”.

45
   40   41   42   43   44   45   46   47   48   49   50