Page 43 - "Xəzər"
P. 43
Ərəbi, həmçinin, dinə aidiyyəti olan hər bir şeyi hərfi səviyyədə təhlil etməyə
öyrəşmiş ilahiyyatçılara müraciət edərək, mələklərin insan xislətli, insanın bədən
üzvlərində olan qüvvələr olduğunu birbaşa deyir. Sufiliyin məqsədi isə, həmin bu
qüvvələrin, insan mahiyyətində fəallaşdırılmasından ibarətdi.

İspaniyalı sufi Fatimə bint Valiyənin rəhbərliyi altında təhsil alan İbn əl-
Ərəbi, şəksiz ki, sufilərin uzun illər üzərində işləyib mükəmməlləşdirdiyi xüsusi
psixoloji hallara çatırdı. Bunu o, dəfələrlə öz əsərlərində də qeyd edir. Bəzi
əsərlərinin məhz trans vəziyyətində yazıldığından, mənası İbn əl-Ərəbinin özünə,
yalnız əsər üzərində iş başa çatdıqdan bir xeyli sonra açıldığını qeyd edir.

Ərəbinin ilham qaynağı xəyallar idi. Buna baxmayaraq, onun şüuru həmin bu
xəyallar aləmində öz sayıqlığını bircə anlığa belə itirmirdi. O, öz unikal sufi
qabiliyyətlərinin köməyi ilə intellektinin ən gizli dərinlikləri və tanıdığımız bu
dünyanın bütün görünənlərinin mahiyyətini müəyyənləşdirən faktor kimi
xarakterizə etdiyi ən ali reallıqları arasında əlaqə yarada bilirdi.

Onun əsərləri insanların əksər hissəsinə məlum olmayan və çoxları tərəfindən
“fövqəltəbii” kimi qəbul olunan həmin o qabiliyyətlərin həyata keçirilməsinin
vacibliyini bildirir.

Ərəbi yazır: “İnsan öz fikirlərini yuxuda da nəzarəti altında saxlamalıdı.
Bu sayıqlığın inkişaf etdirilməsi insana, aralıq dünyalarla – fövqəldünyalarla
tanış olmaq imkanı yaradacaq və ona misilsiz faydalar gətirəcək. Bu fövqəladə
qabiliyyəti qazanmaqdan ötrü isə hər bir kəsin öz üzərində səylə çalışması
gərəkdir”.

Bütün sufilər kimi, İbn əl-Ərəbi də, Məhəmməd (s.a.v.) peyğəmbəri kamil
insan idealı hesab edirdi. “Mühəmməd” sözünün mənasının dəqiqləşdirilməsi barədə
isə o, digərlərindən daha açıq danışır.

Məhəmməd (s.a.v.) barədə iki rəvayət mövcuddur. Rəvayətlərdən biri
Məkkədə və Mədinədə yaşamış insanı nəzərdə tutur, o biri isə əbədi Məhəmmədi
(s.a.v.). Ərəbi məhz ikincisi barədə danışır, bu Məhəmmədi (s.a.v.) bütün
peyğəmbərlərlə, həmçinin, İsa peyğəmbərlə eyniləşdirir. Digər sufilərə görə də,
daxili dünyada müəyyən funksiyaları həyata keçirən Məhəmməd (s.a.v.) peyğəmbər
də, digər peyğəmbərlər də, hansısa mənada, eyni bir adam olmuşlar. Onlar bu
eyniliyi ərəb dilində: “Həqiqət əl-Mühəmmədiyə” (“Məhəmməd reallığı”) adlandırır
və bu adı müxtəlif dövrlərə və zümrələrə aid insanlara da şamil edirlər.

Ərəbinin yaşadığı dövrdə də, indiki kimi, çox az qisim adam anlayırdı ki, eyni
bir hadisə, yaxud fakt eyni zamanda, müxtəlif əhəmiyyətlər kəsb edə bilər. Məsələn,
ən yaxşı halda, adi insan “gözəl qadının İlahinin sənət əsəri” olduğunu anlaya bilər,
lakin həmin adam qadın gözəlliyilə İlahiyyatın eyni bir şey olduğunu qəbul etmək
iqtidarında deyil. Sufi baxışları ilə görünən reallığa əsaslananlar arasında yaranan

43
   38   39   40   41   42   43   44   45   46   47   48