Page 42 - "Xəzər"
P. 42
nbələrdə Ərəbinin “Əndəlüs” adlandırılmağının bir səbəbi də, doğulduğu bu
yerlərin o dövrlərdəki coğrafi vəziyyətilə əlaqədardır.
Cəsarətlə demək olar ki, yaşadığı dövrdə İbn əl-Ərəbi nəinki İspaniyanın,
yaxud Ərəbistanın, ümumiyyətlə, bütün ölkələrin və xalqların tanınmış simaları
arasında qüdrətlilərin ən qüdrətlisindən olub.
Bir çox ədəbi məxəzlərə əsasən, belə hesab edilir ki, o, dünya poeziyası
tarixinə məhəbbət poeziyasının misilsiz nümunələrini bəxş edib. Əsərlərinin daxili
gücü və şəxsi həyat nümunəsilə ortodoksal ilahiyyatçılara Ərəbi qədər təsir edən
ikinci bir sufi olmayıb.
Həyatının otuz ilə yaxın bir müddətini Ərəbi Sevilyada yaşayıb və bu illər
ərzində incə poeziyası və gözəl natiqlik qabiliyyətilə özünə, nəinki İspaniyada, o
dövrlər dünya mədəni həyatının mərkəzi sayılan Mərakeşdə də böyük nüfuz qazanıb.
İbn əl-Ərəbini bütün sufilər sevir. Tarixin bütün mərhələlərində onun
həddindən çox ardıcılları olub və bu gün də var.
Ərəbi kifayət qədər ibrətamiz həyat yaşadı və bununla bərabər, öz varlığı ilə
formal cəmiyyətə təhlükə olaraq qaldı.
Bir çox məqamlarda İbn əl-Ərəbiylə böyük sufi əl-Qəzali arasında oxşarlıqlar
var. Ərəbi də əl-Qəzali kimi sufi ailəsində dünyaya göz açıb. O da Qəzali kimi
seçdiyi həyat yolu ilə Qərb düşüncəsinə təsir göstərməyə çalışıb, İslam dininin
parlaq bilicisi olub. Lakin əl-Qəzali sufiliyə, artıq şöhrətinin zirvəsində ikən
ilahiyyat elmilə məşğul olduğu dövrdə, bu elmin onun daxili ehtiyaclarını ödəmək
iqtidarında olmadığı səbəbindən müraciət edibsə, İbn əl-Ərəbi insanlarla, poeziya ilə
münasibətlərini, bilavasitə, sufiliyin əsasında qurub.
Əl-Qəzali sufiliyi İslamla barışdıraraq, sufiliyin küfr yox, etiqadın iç mənası
olduğunu sübuta yetirib. İbn əl-Ərəbinin missiyası isə sufi ədəbiyyatını yaratmaq və
bu ədəbiyyatın öyrənilməsinə, tədris edilməsinə insanlarda maraq oyatmaq olub.
Ərəbiyə görə, bu ədəbiyyat insanlara sufi ruhunun duyulmasında, onların
mövcudluğunun, davranışlarının və fəaliyyətlərinin sufi baxışlarıyla izahına
köməklik göstərməli idi.
Əl-Qəzali kimi İbn əl-Ərəbi də, müasirlərindən çox-çox üstün intellektual
qabiliyyətlərə malik idi. Lakin bu qabiliyyətlərindən istifadə edib, ilahiyyat
sferasında özünə yüksək mövqe qazanmaq əvəzinə, Ərəbi də, o biri sufilər kimi belə
bir bəyanat verdi: “Əgər insan güclü intellektə malikdirsə, o, bu intellektin əsas
vəzifəsinin, hansısa, ayrı tərəfə keçməsinə ilkin pillə olduğunu dərk etməlidi”.
İbn əl-Ərəbinin bir sıra bəyanatlarının alt mənasının izahı insanda sarsıdıcı
təəssüratlar yaradır. “Müdrikliyin sədləri” əsərində o yazır ki, Allahı hər hansı qeyri-
maddi sima quruluşunda görmək üçün əziyyət çəkmək lazım deyil: “Allahı qadında
görmək, bu görümün ən kamil həddidi”.
42