Page 41 - "Xəzər"
P. 41
mlar barədə reportaj hazırlamaq istəyir. O, gecələr polis komissarlıqlarında
şəkillər çəkmək istəyirdi. Amma kimsə görmədən.

Ürəyim bulandı. Ayağa qalxdım, amma hər şeydən çox özümdən gedəcəyimdən
qorxurdum. Pillələrlə tualetə endim. Orda qusdum. Daha geri qayıtmaq istəmirdim.
İstəyirdim ki, gizlicə restorandan çıxıb, küçələri tək-tənha gəzim, gəzim... Arxa
qapını axtarmağa başladım. O əlcəzairlinin dediyi kimi – mən hələ də
TANIMADIQLARI sarışın qadın idim. Son, ya Sena çaylarından tutulan qızları da
çox vaxt naməlum, ya da tanınmamış aldandırırdılar. İnanmaq istəyirəm ki,
həmişəlik, beləcə TANIMADIQLARI qadın kimi qalacağam.

XİLAS YOLUNUN YOLÇULARI

İBN ƏL-ƏRƏBİ

Çevirdi: Afaq Məsud

“Günahkar və naqislərə acıqlı görünərəm,
Saf qəlblilər üçünsə, mərhəmətliyəm…”

Mirzə xan Ənsari*(Hacı Mirzə xan Cabiri-
Ənsari (1870-1957) – İran tarixçisi)

Dünya fəlsəfəsinə, müqəddəs sufilik yoluna qədəm qoyduğu andan bu
günümüzəcən “Qüdrətli Şeyx” ləqəbini qazanmış böyük sufi İbn əl-Ərəbi varlığı və
bəşəriyyətə miras qoyub getdiyi əsərlərilə istər müsəlman, istər xristian aləminə ən
güclü metafizik təsir göstərənlərdən olub.

İbn əl-Ərəbi, bu günəcən ərəblər arasında ən səxavətli adam hesab edilən
Hətimi ət-Tayinin nəslindəndir. O, 1165-ci ildə Mursiyada doğulan zaman İspaniya
artıq 400 ildən çox idi ki, ərəb sülalələrinin hakimiyyəti altında idi. Bəzi tarixi

41
   36   37   38   39   40   41   42   43   44   45   46