Page 40 - "Xəzər"
P. 40
ın piştaxta arxasında heykəl kimi durmuşdu. Gözləri geniş açılmışdı, amma
kor kimi baxırdı. Kişi məni yüngülcə itələyib, bayıra çıxardı. Və arxamca yavaşca
dedi:

– Tez gedin burdan, onlar hələ sizin kimliyinizi bilmirlər. Hələlik, onlar üçün siz
sadəcə, TANIMADIQLARI sarışın gənc qadınsınız.

O, sözləri dolaşdırır, yenə nəsə demək istəyirdi, amma artıq vaxtı yox idi. Səkidə
çaşqın vəziyyətdə qalmışdım. Sonra küçəni keçdim. Dəstə halında dayanmış
kişilərə yaxınlaşdım. Onların birindən soruşdum ki, görəsən, oteldə nə baş verib.

– Madmazel, mən bilmirəm siz nədən danışırsınız, – o dedi.

Onların laqeyd baxışları canıma işləyirdi. Əgər yanlarında ləngisəydim, mənə də
qandal vuracaqdılar. Amma qorxmağıma baxmayaraq, ulamaq, sinə dolusu
çığırmaq, dava salmaq istəyirdim ki, mənə həqiqəti söyləsinlər.

Qonşu küçələrlə kor-koranə dolaşmağa başladım. Artua küçəsi. Berri küçəsi.
Pontye küçəsi. Kişilər bayaqkı kimi orda, otelin üzbəüzündəydilər. Maşınların heç
biri hələ yerindən tərpənməmişdi. Yəqin, o ölüb, ya da qollarına qandal vurub
aparıblar. Gecələr həmişə otağın işığını yana-yana qoyurdu.

Qalan şeylər, deyəsən, ertəsi gün oldu. Mən Vinezdəki mənzilin otağından
çıxmadım. Mirey Maksimoffa dedim ki, xəstəyəm. O, axşam Valterlə şam
edəcəkdi. Mən də fikirləşdim: bəlkə nəsə bilir. Mireydən soruşdum ki, mən də
onunla gedə bilərəmmi. Qorxurdum məni elə həmin Çin restoranına aparsın, amma
yox, bizi iri bir maşına oturtdular, uzun yol getdik və axırda tanımadığımız bir
məhəlləyə çatdıq. Kafedə oturmuşduq: bir tərəfdə Mirey Maksimoff və Valter,
digərində mən. Güzgüdə əksimi görürdüm – suda boğulan adamın sifətinə
oxşayırdı. Yəqin, fikir verdilər buna. Mənə şərab süzdülər, amma boğazımdan heç
nə keçmirdi. Onlar danışırdılar, mən də huşumu itirəcəyimdən qorxaraq, özümü
məcbur edirdim ki, qulaq asım, söhbətin ana xəttini itirməyim, sözlərinin mənasını
dərk edim, dodaqlarının hərəkətini yadda saxlayım. Valter deyirdi ki, Parisdə itən

40
   35   36   37   38   39   40   41   42   43   44   45