Page 39 - "Xəzər"
P. 39
ng çalırdılar. Gonbul dəri kresloda otururdu, o isə yazı masasının qırağında.
Onlar telefonun dəstəyini bir-birinə ötürürdülər. Ya da tək gonbul danışırdı, o isə
ehtiyat qulaqcıqla söhbəti dinləyirdi. Hərdən də həmin o qarasaç, qəşəng geyinmiş
tip gəlirdi, onda gonbul masa arxasındakı yerini ona verirdi.
Gi çamadanları, pal-paltarı olan otağa girir, sonra da, digər ikisi dəstəyi bir-birinə
ötürə-ötürə telefonla danışanda, mənə yaxınlaşırdı. Bir dəstə pul uzadırdı.
Cenevrədəki kimi. Gülümsünürdü. Deyirdi ki, burda niyə oturmusan, niyə
gözləyirsən məni. Darıxarsan. Yaxşısı budur, mağazalara baş çək, pal-paltar al
özünə, isti əyin-baş al. Düz deyirdi, qış yaxınlaşırdı, mənimsə heç paltom da yox
idi. Qəribə qızsan, deyirdi, sən nə fikirləşirsən, sözümə baxsan, daha yaxşı olar. Di
tərpən, get özünə palto al!
Onda agentlikdən çıxıb, Fobur-Sent-Onore küçəsiylə gəzməyə başladım, amma
dükanlara girməyə ürəyim gəlmirdi. Elə Cenevrədəki kimi. Amma bir dəfə nə təhər
oldusa, ürəkləndim, özümə plaş və daha bir cüt ayaqqabı aldım.
Gecələr otel nömrəsində məndən uşaqlığım haqda, ailəmiz barədə soruşurdu.
Amma mən ondan nümunə götürüb, izləri dolaşdırmağa çalışırdım. Özümü də
inandırmaq istəyirdim ki, Liondan gəlmiş, vur-tut bir dənə adı olan sadə bir qız onu
maraqlandıra bilməz.
Bir bazar ertəsi mən həmişəki kimi, onunla görüşməliydim. Noyabr ayı idi, hava
tez qaralırdı. Lakin Frederik Bastia küçəsinə çatanda, məncə, hava hələ işıqlı idi.
Otelin girişində durmuş iki qara maşın, küçənin qarşı tərəfində dayanmış, polisə
oxşayan kişilər diqqətimi cəlb etdi. Otelə girdim. Qapıçı qadın öz yerində idi,
yanında isə Cenevrədə gördüyüm həmin o göy plaşlı əlcəzairli piştaxtaya söykənib
durmuşdu. O da məni tanıdı. İndiyədək bilmirəm ki, onun bu işdə rolu nə olmuşdu.
Çox quru tərzdə mənə dedi:
– Qalxmağa dəyməz. Orda heç kim yoxdur, – mən hər halda yuxarı qalxmaq
fikrindəydim. Ancaq o qarşımı kəsdi. Və təkrar etdi: – Orda heç kim yoxdur.
39