Page 38 - "Xəzər"
P. 38
əsi gün günəş təzədən çıxdı. Hər halda özümə saat aldım. Bir cüt də ayaqqabı.
Model evindəki murdar tipin ayaqlarımdan çıxarmağa məcbur etdiyi həmin o göy
ayaqqabılarımı geyməkdən artıq bezmişdim.
Gidən icazə istədim ki, görüşləri bitənə kimi, elə holldaca bir qıraqda oturum.
Altdan-altdan süzürdüm onu. Çalışırdım müəyyən edim ki, işlərini nə cür
adamlarla görür. Eyni tip insanlar idi. Əsasən, əlcəzairlilər. Onlar əllərində dəri
çantalar gəlirdilər – birindən başqa; həmin o tünd-göy plaşlı da təbəssümünə görə
yadımda qaldı. Danışıqlarını bitirəndən sonra, Gi hərdən hollun içəri tərəflərində
məni axtarıb tapır və yanlarında oturdurdu.
Mənə elə gəlirdi ki, onlar pul barədə danışırdılar, həmişə də pıçıltıyla. Mənə çox
hörmətlə yanaşırdılar. Onlar haqda daha çox şey bilmək istəyirdim, amma
başqalarının işinə burnumu soxmamağı özüm üçün çoxdan qaydaya çevirmişdim.
Axşamlar italyan restoranında onunla agentlikdə işləyən iki kişiylə bir yerdə şam
edirdik. Onlardan Ginin yaşıdı olan, nəfəsi tez-tez təngiyən, gonbul, kifayət qədər
xoşagələn biri onun şərikiydi. İkincisi, təxminən əlli yaşında, çox qəşəng geyinmiş,
zil qara saçı olan, fransızca ləhcəylə danışan bir kişiydi. O da özünü qanacaqlı
aparırdı, amma nədənsə çəkinirdim ondan. Hərdən onun baxışları soyuq, iynəli
olurdu. Parisdə bizim otelin lap yaxınlığındakı Artua küçəsində ev tutmuşdu.
Yaddaşımı gücə salıb, onların adlarını xatırlamalıyam. Bu heç olmasa boş
günlərimi doldurar bir az... Belə boş günlərimizdən birində Gi ilə Cenevrəni
gəzirdik. O mənə özünün ilk qeyri-leqal gəlişində gizləndiyi yeri göstərdi. Rona
sahilində bağ. Darvazadan keçirdin, bir də görürdün dörd bir tərəfdən evlərlə əhatə
olunmuş böyük bir bağdasan. Bizdən başqa orda kimsə yox idi. Bağın tən
ortasında, ağacların kölgəsində skamyalar vardı. Bura gəldiyi gün ilk dəfə başa
düşmüşdü ki, Peru konsulunu heç vaxt tapa bilməyəcək. Parisdə gecələr otağının
işığını söndürmürdü. Yuxusuzluqdan əziyyət çəkirdi. Məhəllələrindən kənara
çıxmırdı. Biz tez-tez tək qalırdıq. Gündüzlər onunla agentliyə gedirdim. Elə
“Rona” otelindəki kimi, bir küncdə əyləşir və işini bitirənədək şəkilli jurnallara
baxırdım. O isə təngnəfəs gonbulla danışırdı. Və bir də telefonla elə hey kiməsə
38