Page 37 - "Xəzər"
P. 37
çələr boşaldı. Sərhəddə gömrükçülər heç pasportlarımızı da yoxlamadılar. Və Gi
burda mənə danışdı ki, müharibə zamanı, on altı yaşı olanda, düz iki dəfə İsveçrəyə
keçməyə cəhd eləyib. Birinci dəfə gizlicə sərhəddən keçən kimi, İsveçrə
gömrükçüləri onu tutaraq, fransız jandarmlarına təhvil verdilər. Həmin o illər artıq
boy-buxunlu, güclü bir yeniyetmə olduğundan, qollarına ehtiyat üçün qandal da
vurubmuşlar ki, Anmasa aparsınlar. Bu hadisəni o zamandan unuda bilmirdi, tez-
tez yuxuda görürdü ki, əllərində qandal, səhərdən axşama kimi neçə saat metroda
gedir və ətrafa baxır ki, görsün qandalı açmaq üçün kimsədən açar tapa bilərmi.
Sonra Anmasda bir jandarm ona kömək edir ki, qaçsın. Daha sonra sərhədi
keçməyə bir cəhd də göstərir və bu dəfə müvəffəq olur. Cenevrədə uzun müddət
Peru konsulunu axtarır, amma bütün səyləri boşa çıxır.
Biz “Rona” otelində dayandıq. Özünün bütün işgüzar görüşlərini günortadan sonra
otelin holluna təyin edirdi. Bu görüşlər çox vaxt lap axşama kimi çəkirdi. O
qorxurdu ki, mən darıxaram. Yol çantasından bir dəstə pul çıxarıb verirdi mənə.
Başımı bişirirdi ki, mağazalara çıxıb, özümə ayaqqabı-zad, bəzək-düzək alım.
Nahaq yerə inandırmağa çalışırdım ki, mənim üçün nömrədə uzanıb, kitab oxumaq
daha xoşdur, – o, əl çəkmirdi. Özü Cenevrəyə ilk dəfə mən yaşda olanda gəlibmiş
və onda şəhərin işıqları, vitrinləri onu heyran qoyubmuş. İstəyirmiş nə gördü alsın,
ən əsası da ayaqqabı. Təzə ayaqqabıda gəzmək adama ləzzət edir! Həyatdan
bacardıqca çox şey götürmək lazımdır, axı o çox qısadır! Axırda mən də tabe
olurdum. Oteldən çıxıb körpüdən keçir, Ronanın küçələrində gəzməyə başlayırdım.
Lakin mağazalara girməyə ürək eləmirdim. İlk gün havada sıx bir duman vardı,
hələ qorxurdum ki, birdən qar-zad da yağar. Sahillə addımlayırdım. Mənə elə
gəlirdi ki, tanımadığım bir şəhərdə tamam təkəm. Yəqin ilk dəfə gəlib bura çıxanda
o da eyni hissləri yaşayıb. Xiyabanın sonunda vağzal görünürdü. Bəlkə yaxşısı
qatara minib, Mirey Maksimoffun yanına qayıtmaqdır? Və hər şeyi ona
danışmaqdır? Amma mənə nə məsləhət verəcəkdi? Tini buruldum və gözüm bir
kinoteatra sataşdı. Axşam hələ düşməmişdi, zalda tək oturmuşdum. Cizgi filmi
göstərirdilər.
37