Page 36 - "Xəzər"
P. 36
biz yenə Ranlaq Bağı boyunca küçəylə addımladıq. Gi mənə izah elədi ki,
müsyö Karpentye bir zamanlar atasıyla bir yerdə böyük mənzil tutduqları bu evin
keçmiş qapıçısı imiş. Onun atası Perunun Parisdəki konsulu olub. Sonra müharibə
başlayıb və atası onu müsyö Karpantyenin himayəsinə verərək öz vətəninə qayıdıb.
Görünür, atası tamam unudubmuş onu, çünki özü barədə sonralar heç məlumat
verməyib. Görəsən, düz deyirdi?
Həmin gün ondan xahiş etdim ki, məni Trokaderoda düşürsün. İstəmirdim ki,
Mirey Maksimoff bizi birlikdə görsün. Peru konsulu. Mireyin əri Eddini də Konsul
adlandırırdılar. Bu qəribə ləqəb hansısa romandan götürülmüşdü –
personajlarından biri ona yaman oxşayırmış və elə onun kimi möhkəm içirmiş.
Çox illər sonra hərdən gecə yarısı yuxudan qəfil oyanırdım, elə bil kimsə itələyirdi
məni; sonra da səhərə kimi yuxuya gedə bilmirdim. Yerimdə uzanıb, öz
yaddaşımda bütün bu kədərli şeyləri götür-qoy edirdim. Öz-özümə deyirdim: gərək
onun danışdıqlarının hamısını yoxlayım. Amma axırda özümü sakitləşdirdim.
Xoşagələn bir şey yoxdur burda, adam aldananda inciyir. Artıq çox gecdir.
Peru konsulu... Külək xəzəlləri sovurub, xışıltıyla xiyaban boyu qovurdu – bu
səsdən adamın ürəyi sızıldayırdı. Ona acığım tutmurdu, lap yalan desə belə.
Əslində, onun yalanları da elə özünün bir parçasıydı. Və əgər onun dediklərinin
altında heç nə yoxdursa, onda lap pis. Amma əlimdən nə gəlir? Çünki məni cəlb
edən əslində elə bu boşluq idi. Onun baxışlarında bu boşluğu – mənasızlığı tez-tez
görürdüm. Çox istəyirdim bilim ki, nə haqda düşünür. Fikirlərini bilmək
istəyirdim. O mənə sirli, əlçatmaz görünürdü. Məsələn, qapını açıb, otağıma
səssizcə girə bilərdi. Mənimlə yanaşı gedə-gedə, bir anda, səssizcə də yoxa çıxardı.
Hərdən yaddaşım məni yarı yolda qoyur, amma onunla İsveçrəyə səfərimiz,
Cenevrədəki “Rona” otelinin hollunda cürbəcür qəribə tiplərlə görüşlərimiz yaxşı
yadımdadır. Sərhədi keçənədək Anmasdan maşınla gəlmişdik. Bazar günü. Hava
qaralırdı. Anmasın küçələri adamla dolu idi – nəsə mərasim vardı, şəhərin
küçələrindən nəfəsli alətlərdən ibarət bir musiqiçi dəstəsi keçirdi. Şeypurçular “Ah,
mənim əzizim!” çalmağa başlayanda bizi gülmək tutdu. Sonra musiqiçilər getdilər,
36