Page 27 - "Xəzər"
P. 27
Vensan sükutunu qorumaqda davam edirdi, lakin indi onun baxışlarında
maraqdan çox, qayğıkeş bir ifadə vardı – elə bil fikirlərimə nüfuz etmək istəyirdi.

– Bu hadisə sizi çox kədərləndirdi? – marağı aydınca sezilən bir ahənglə soruşdu.

Cavabında gülümsəməyə cəhd elədim.

– Yox, razı deyiləm, – o biri ikisinə müraciətlə dedi. – Bu imtahan məsələsi, hər
halda çox kədərlidir.

Valter soruşdu ki, Ginin özü necə, bakalavr imtahanı veribmi. Gi Vensan dedi ki,
yox, çatdıra bilməyib və indi çox peşmandır. Məktəbi lap müharibənin sonunda
bitirməliydi, isveçrəlilər onu yaşıdı olan başqa qaçqınlarla bir yerdə köçürdülər.
Sonra onların hamısı bir xeyli müddət Lionda yaşadılar – pansion kimi bir yerdə,
amma orda məktəb proqramı keçilmirdi. Vaxtlarının çox hissəsini xırda-para işlər
görməklə keçirirdilər.

Utancaqlığımı boğub soruşdum:

– Lionda çoxmu qaldınız?

– O qədər yox. Təxminən altı ay.

Həmin görüşdə ondan Lionun hansı təsisatında qaldığını soruşmağa ürək
eləmədim. Amma mənim üçün artıq hər şey aydın idi – o dəqiqə onu lazaret
pansionunun qara divarları arxasında təsəvvür etdim.

Restorandan çıxarkən Mirey Maksimoff məni xəbərdar etdi ki, evə gec qayıdacaq.
Valter hər iki yanağımdan “maç” alıb, mənimlə tanışlığa çox şad olduğunu dedi.
Onların hər ikisi maşına əyləşdi və Mirey Maksimoff şüşəni endirərək, bizə əl
eləyib sağollaşdı.

Gi Vensanla baş-başa qaldıq. Soruşdu ki, bu məhəllədəmi yaşayıram. Cavab
verdim: “Yox, Trokadero tərəfdəyəm, amma Parisi pis tanıyıram deyə uzaq olub-
olmadığını dəqiq bilmirəm”.

– Onda sizi bir az ötürüm. Yorulsanız, “Etual”da metroya minərik.

27
   22   23   24   25   26   27   28   29   30   31   32