Page 30 - "Xəzər"
P. 30
lə bayaqkı kimi sakit və dalğın görünürdü. Sonralar, hər dəfə adamlar arasında
olanda, mənə elə gəlirdi ki, özünü yaxşı hiss etmir, elə bil başqalarının ona qəti
dəxli yox idi. Elə bil yerli dili bilməyən və onunla danışacaqlarından daim çəkinən
xariciydi. Bəlkə də fikirləşirdi ki, kimsə onun üzündə kiçicik bir tərəddüd, xırdaca
bir qorxu görsə, bu ona bədbəxtlik gətirəcək. Odur ki, soyuqqanlı görünmək
istəyir, kəskin hərəkətlərdən qaçırdı. Təbəssümü də üzdən idi.
– Mən qaragül mantolu düz on dörd qadın saydım. Əgər istəyirsinizsə, özünüz
yoxlaya bilərsiniz...
Hiss edirdim ki, aramızda qarşılıqlı etimada bənzər nəsə yaranır. Maraqlıdır,
görəsən, öz yerini tapa bildimi dünyada?.. Biz “Etual”da metroya mindik. Sonra
xətti dəyişib “Trokadero”ya çıxdıq. O, məni evə kimi ötürmək istəyirdi. Böyrümə
düşüb ozünün nizamlı yerişiylə addımlayırdı və mənə elə gəlirdi ki, bu gün heç nə
onun ritmini pozmaq iqtidarında deyil. Belədə kimsənin diqqətini cəlb etmirdi.
Bəllidir axı, əgər sizi təqib edirlərsə, ən yaxşısı çönüb arxaya baxmamaqdır. Və
ümumiyyətlə, hər dəfə təhlükəyə məruz qalanda sakit, nizamlı addımlarla yerimək
lazımdır. Vinez küçəsindəki evimizin girişində soruşdu ki, axşama bir planım
varmı. Mən dedim: “Heç bir planım yoxdur”. Amma onsuz da bu gün məni
yeməyə dəvət edə bilməyəcəkdi, artıq başqa bir adamla görüş təyin etmişdi. Hal-
hazırda oteldə yaşayır. Mənə telefon nömrəsini verdi.
Ona ertəsi gün axşamtərəfi evdə tək olanda zəng elədim. Mənə yolu başa saldı:
“Etual”da xətti dəyişib, “Beşinci Georq” stansiyasında enmək lazımdır. Sonra
tapşırdı ki, qələm götürüm və hər şeyi müfəssəl diktə elədi mənə – yaşadığı otelə
necə gəlməli olduğumu yazdırdı. Danışığından görünürdü ki, deyəsən, aza
biləcəyimdən narahat idi.
“Dü Berri” oteli dünənki çin restoranından azca aralı, Frederik Bastia
küçəsindəydi. Mən “müsyö Gi Vensanın” nömrəsini qapıçı qadından soruşdum. O,
kostyum geymiş qarasaç bir qadındı – sonralar onun yanından hər gün keçirdim.
Pillələrlə ikinci mərtəbəyə qalxdım. O məni açıq qapının qarşısında gözləyirdi, elə
30