Page 28 - "Xəzər"
P. 28
isə gəlişimin ilk günündən arzuladığım görüşün baş tutduğunu bax burda hiss
etdim. Onun həmin an söylədiyi ifadə yaddaşıma elə həkk olundu ki, elə indi,
üstündən bu qədər illər ötəndən sonra da, səsinin ahəngini xatırlayıram. Bir dəfə
nadir hallarda fransızca danışmalı olduğum ölkənin limanında gəzirdim.
Düşüncələrimə qərq olub gedirdim ki, birdən kimsə Paris ləhcəsində dilləndi:
“Əgər yorulsanız, “Etual”da metroya minərik”. Mən cəld arxaya çöndüm. Təbii ki,
yaxınlıqda kimsə yox idi...

Amma həmin bazar günü onunla Yelisey çölünün sağ yanıyla gəzənlərin arasında
addımlayırdıq. Bütün kafelərin qarşısndakı səkilər masalarla doluydu. Axşamlar
“La Malen”də yığışanların diliylə desək, “babye leto”nun daha bir xoş günüydü.
Görəsən, nə qədər davam edəcəkdi bu havalar? Nəhayət, “Etual”a yaxınlaşdıq.

– Yoruldunuz? – Gi Vensan soruşdu.

– Yox, yorulmamışdım. Əgər istəyirsinizsə, lap Bulon meşəsinə qədər gedə
bilərik, – mən təklif etdim.

Port-Dofindən göllərə aparan cığıra burulduq. Yolu mən göstərirdim.

– Görünür, siz meşəyə yaxşı bələdsiniz.

Doğrudan da, gündüzlər burda tez-tez olurdum. Vinez küçəsindəki mənzildə tək
otura bilmirdim. Ordan, Mirey Maksimoffun dostlarından qaçdığım kimi,
qaçırdım. Özü də hər dəfə böyük ləzzətlə qaçırdım, çünki diqqət cəlb etmədən yox
ola bilirdim. Gözlərini açıb-yumurdular ki, yoxam!..

Biz göl qırağındakı skamyada əyləşdik. Soruşdum ki, hərdənbir buralarda gəzirmi.
Yox, gör nə vaxtdan bəri gəzmir. O, məndən on-on beş yaş böyük idi. Və yəqin,
hardasa işləyirdi. Mənə elə bayaq restoranda baxdığı kimi baxırdı, – diqqətlə, az
qala qayğıkeş bir maraqla. Amma, deyəsən, o da mənim hansı yuvanın quşu
olduğumu anlaya bilmirdi. Soruşdu neçə yaşım var. İstədim yaşımı bir az artıram,
amma sonra fikirləşdim ki, yaxşısı düzünü deməkdir. Amma yenə bir yaş artırdım:
on doqquz. Çox təəccübləndi. Elə bilirmiş iyirmidən bir az artıq olar.

28
   23   24   25   26   27   28   29   30   31   32   33