Page 22 - "Xəzər"
P. 22
əccübləndi. “Sən özünə bir sevgili tapmalısan, – dedi. – Bilirsən, yer üzündə
məhəbbətdən gözəl heç nə yoxdur...”
Onunla razıydım, amma deməyə utanırdım ki, özümə bir iş də tapa bilsəydim, pis
olmazdı. Mən heç bir halda Liona dönmək istəmirdim. Biz onunla qonaq
otağındakı divanda oturmuşduq, o isə işığı yandırmaq istəmirdi. Üzbəüzdəki evin
işıqları zülməti qovur, onu alaqaranlığa çevirirdi. Mirey mənim çiyinlərimi
qucaqlayanda, xalatının kəməri açıldı. Ondan nəsə tünd bir qoxu gəlirdi – bəlkə də
tuberoza* (ətirli ağ çiçəkləri olan kol) qoxusuydu. İstəyirdim bəzi etiraflar edim
ona, amma susurdum. Bizim burda qaldığımızı kimsə bilmirdi. Bu mənzildə
əslində qanunsuz yaşayırdıq. Mirey Maksimoff bura qapının kilidini qırıb girmişdi.
Mən qorxurdum. Gərək Liondan getməyəydim. Özümü bu bomboş otaqda heç
rahat hiss etmirdim. Bu mənzildə artıq çoxdan kimsə yaşamırdı, oğrular bütün
mebelləri çalıb aparmışdılar. O soruşdu ki, niyə belə qayğılıyam. Sözləri çətinliklə
seçərək çalışdım ki, ona məsələnin nə yerdə olduğunu izah edim. Əlbəttə, məni öz
yanında yaşamağa dəvət etmək onun tərəfindən çox nəcib bir hərəkətdir, amma
özümü nəsə çağırılmamış qonaq kimi hiss edirəm. Mən onsuz da heç bir səbəb
olmadan Liondan getməyimlə özümü dərdə salmışam, indi istəmirəm ki, ona da
yük olum. Və ümumiyyətlə, mənim də burda qaldığımı bu mənzilin sahiblərinə
deyəcəkmi? Bəs onlarla tanışdırmı? Düzünü desəm, hərdən çox tərəddüd edirəm
ki, görəsən, hər ikimizin burda yaşamaq haqqı varmı; birdən ev sahibləri qayıdıb
bizi it kimi qovsalar necə? O, qəhqəhəylə güldü. Və özünün həmişə həsəd
apardığım məxməri səsiylə, soyuqqanlı və qayğısız tərzdə bütün qorxularımı
duman kimi dağıtdı. Ev sahibəsi onun qədim rəfiqəsidir. Varlı bir xəz tacirinə ərə
getmiş dəlisov xanımdır. Və əgər bilmək istəyirəmsə, elə onun özü də – yəni Mirey
Maksimoff da bir zamanlar Parisə qaçıb. Bordoda qatara minib, gəlib çıxıb bura. O
zamanlar tək idi, yaşı da mənimkindən çox olmazdı. Əvvəlcə Latın məhəlləsindəki
hansısa mehmanxanada otaq tutub və elana əsasən, ərinin mağazasına satıcı
tapmağa gəlmiş həmin o qadınla da elə orda tanış olub. Qadın da onu indiki
dostlarının hamısıyla, o cümlədən, gələcək əri Eddi Maksimofla tanış edib. Qadın
22