Page 25 - "Xəzər"
P. 25
isin o biri başında olsun. Bazar axşamlarının birində Monsuri parkının
yanındakı emalatxanaya qayıtmadım. Yuxarıdan gələn Braziliya musiqisini və uca
səslə danışanları hələ giriş qapısının ağzında eşitdim...

Bütün şəhərdən keçərək Vinez küçəsinə kimi piyada getdim. Artıq heç nədən
qorxmurdum, hətta öz gələcəyimdən belə. Küçələr, bulvarlar qarşımda açılırdı;
onlar boş idilər, işıqları həmişəkindən daha parlaq görünürdü. Ayaqlar altına
tökülmüş yarpaqları külək eşələyir, xışıldadırdı. Mən heç nə içməmişdim...
Mənzilə girəndə Mirey artıq qayıtmışdı. Möhkəm nigaran idi. Nədən birdən-birə
yox olduğumu soruşdu. Cavab verdim ki, özümü yaxşı hiss etmirdim, bir az
gəzmək istədim. Və bir də dedim ki, bu adamlar məndə utancaqlıq yaradır.
Məndən xeyli yaşlı, xeyli ağıllıdırlar. Onların arasında olmaq mənlik deyil. Bəs,
ümumiyyətlə, mənlik olan nədir, görəsən? Hələ ki, tapmamışam. O, alnımdan öpdü
– eynən böyük bacı kimi – amma mən görürdüm ki, sözlərimi ciddiyə almır.
Nəhayət, dedi:

– Məncə, sən bir az özündə deyilsən...

Bir bazar günü məni Yelisey çöllərindəki çin restoranına nahar eləməyə apardı.
İçəri girən kimi qapımızın ağzında bir dəfə rastlaşdığım həmin o plaşlı tipi gördüm.
O, bizi gözləyirdi. Yanında bir nəfər də vardı – boyu onunkundan hündür, zamşa
gödəkcə və boğazlı qara köynəkdə. Mirey Maksimoff onu öpdü. Soyadını heç cür
yadıma sala bilmirəm. Valter... dalınca da nəsə italyan adı kimi bir şey gəlirdi...
Onun dostu bizim əlimizi sıxdı və özünü təqdim etdi: Gi Vensan. Sonradan
öyrəndim ki, bu onun əsl adı deyil; onun adamlara tez-tələsik yanaşması və özünü
qısaca “Gi Vensan” kimi təqdim etməsi mənə maraqlı gəlirdi. İndi başa düşürəm
ki, bu ad onun başqalarıyla öz arasında elə ilk dəqiqədən ucaltmağa çalışdığı bir
sipər, bir çəpər idi. Amma hər halda mənə elə gəlir ki, həmin bazar günü onu ilk
dəfə görəndə və əlimi sıxaraq özünün uydurma adını deyəndə, səsi indiki qədər sərt
deyildi. Məncə, o bu adı istehzalı bir təbəssümlə dedi, elə bil aramızda artıq nəsə
ümumi sirrimiz vardı.

25
   20   21   22   23   24   25   26   27   28   29   30