Page 31 - "Xəzər"
P. 31
qorxurdu ki, sonuncu dəqiqədə fikrimi dəyişib, buradan uzaqlaşardım. Mən
axırıncı pillədə dayananda, doğrudan, qaçmaq istədim. Elə çaşqın vəziyyətdəydim,
içəri girən kimi, çarpayının qırağında oturdum. Nömrədə iki pəncərənin arasında
kreslo da vardı, amma mənim gücüm çatmadı özümü ona yetirim. Qarşımda ayaq
üstə durmuşdu.
– Sizin saçınız yaşdır.
– Hə, elə plaş da yaşdı. Mən metrodan çıxanda yağış çisəyirdi, payızın kəramətini
göstərən narın yağış.
O, dəsmal gətirdi və saçlarımı ehtiyatla silərək, yanımda oturdu.
– Plaşınızı çıxarmalısınız.
Bunu boğuq səslə, zorla eşidiləcək tərzdə dedi, sanki özüylə danışırdı. Mənə elə
gəlirdi ki, ikimiz də bircə dəqiqə qabaq otelə birlikdə girərək bu otaqda yağışdan
gizlənmişik. Və guya mən Parisə elə bu gün səhər gəlmişəm. O da məni Lion
vağzalında qarşılayıb... Otağın işığı gözümü ağrıdırdı, küçədə yağış şırıldayırdı.
Bilmirdim hardayam, mənə nə olub. Onun barəsində də heç nə bilmirdim, amma
bunun elə bir əhəmiyyəti yox idi. O, çiyinlərimdən tutdu, mən də onu öpdüm. Elə
həmin an mənim bütün sıxıntım, bütün utancaqlığım harasa yox oldu və artıq
mənim üçün otaqda işıq yanmasının heç fərqi yox idi – əksinə, kaş bundan da gur
yanaydı ki, bütün kölgələri birdən qova biləydi. Ertəsi gün Vinez küçəsindəki
mənzilə qayıdanda, Mirey Maksimoff artıq yuxudan durmuşdu. Mənə çox nigaran
qaldığını söylədi, amma sual vermədi. Mən ona dedim ki, Liondan olan dostlarımla
rastlaşdım və yığıncağımız gözlənilmədən uzun çəkdi. Bütün sonrakı həftələri mən
yalan deməyə davam edirdim və sirrimi sonadək qoruyurdum. Heç indi də təsəvvür
eləmirəm ki, ona nə deyə bilərdim. Həqiqət isə o qədər bəsit idi ki! Belə bir şey
kimin desən, başına gələ bilərdi. Adının Gi Vensan olmadığını etiraf etdiyi o
axşamı xatırlayıram. Məni mehmanxana yaxınlığındakı restorana aparmışdı.
Mənim lionlu olduğum onu əməlli-başlı heyrətləndirmişdi. Müharibədən sonra bir
müddət bu şəhərdə yaşamışdı.. Amma o qədər qısa ki, onu yoldaşlarıyla bir yerdə
31