Page 24 - "Xəzər"
P. 24
kişilər (onların da hamısı bir nəfər kimi ağıllı idi) filmin gedişində tərəf-
müqabillərini dəyişirdilər – onun dediyi kimi, “həndəsi fiqurlar təki fəzada hərəkət
edirdilər”. Mən Mirey Maksimoffla yanaşı oturmuşdum; deyəsən, rejissorun
dediklərini o da əməlli başa düşmürdü, lakin burdakıların hamısı onun
söylədiklərini dərin hörmətlə dinləyirdi. Sonra qərara gəldilər, yenə harasa
yollanıb, bir az da vursunlar; amma elə eyni yerlərə gedirdik – “Nüaj”, ya da “La
Malen”. Və yenə də maşında oturmuşduq. İndi hamı susurdu. Avtomobil yağışın
altında sahilboyu süzürdü. Qırmızı işıqlar və fənərlərin işığı məni sakitləşdirirdi.
Paris gecələrini sevirdim, gündüzlər məni bürüyən qüssəni gecələr öz qoynunda
əridirdi. Bircə onu istəyirdim ki, məni maşından bayıra, təmiz havaya buraxsınlar –
çayın qırağında tək-tənha gəzim...
– Qaşqabağını töküb bəsdir evdə tək oturdun! – Mirey Maksimoff deyirdi.
Və məni az qala hər gün dostlarının kampaniyasına aparırdı. Səs-küyün içində,
bəzəkli restoranlarda, şam işığında axşam yeməyi yedikləri tağlı zirzəmilərdə,
buxarının içində qızardılmış ət yediyimiz başqa yerlərdə gecədən xeyli keçənədək
otururduq. Axşamlar hava yaxşı olanda səkilərdəki masalara əyləşirdik: cilalı, tinli
güzgülər, başımızın üstündəki his çəkmiş tirlər... Lap sıx otururduq, böyür-böyürə.
Hamısı da eyni küçələrdə – Bernar Palissi, Sen-Benua, – Mirey Maksimoff onların
adını taksi sürücülərinə deyirdi. Mirey Maksimoffu dostlarının evinə gedəndə də
müşayiət edirdim. Bazar axşamları Monsuri parkının yanındakı bir emalatxanaya
gedirdik. Orda qonaqlar Braziliya mətbəxinin yeməklərindən dadırdılar. Onlar
daim on iki nəfərə yaxın olurdular. Və söhbətləşənə kimi, Braziliya musiqisi
çalınırdı. Mən danışmırdım. Bir qıraqda otururdum. Bəzən hətta bu məclislərdən
xəlvətcə çıxıb gedirdim ki, o ətrafdakı küçələri dolaşım. Sakitcə, kimsənin
diqqətini cəlb etmədən aradan çıxırdım. Belə qaranlıqda, açıq havada tək-tənha
gəzməkdən xoşum gəlirdi. Əvvəlcə Liondan qaçdım, indi isə adamların həddindən
artıq ucadan danışdığı, kimsəni tanımadığım bütün yerlərdən qaçıram; yəqin
mənim həyatım bitib-tükənməyən böyük bir qaçış olacaq. Əmin idim ki, həyat
yolunda gec-tez, eynən mənim kimi düşünən birisiylə görüşəcəyəm – istəyir lap
24